Praqa görüşü tamamilə fərqli olacaq
06 oktyabr, 2022 10:53
Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.
Bundan əlavəl, eyni gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında da görüş olacaq. Türkiyə mediasında yer alan xəbərlərə görə, Ərdoğan görüş zamanı “Zəngəzur dəhlizi”nin açılması məsələsini qaldıracaq.