Məmur həbsləri korrupsiyanın miqyasını niyə azaltmır?

08 oktyabr, 2022 10:28

Azərbaycanda növbəti dəfə məmur həbsləri həyata keçirilib. Bu dəfə Lənkəran İcra Hakimiyyətində. Xəbər verildiyi kimi, rayonun baş memarı və psixiatriya xəstəxanasının şöbə müdiri tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bununla bağlı deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun ”961" Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Bəllidir ki, son bir illər ərzində neçə-neçə məmur rüşvət və korrupsiya əməllərinə görə həbs edilib, yüksək cəzalar alıb. Lakin hələ ki, həbslər ölkədə məmurların korrupsiya iştahını elə azaltmayıb. Görəsən səbəb nədir: kadrların etibarsızlığı, maaş azlığı, yoxsa...

Millət vəkili Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyanın aradan qaldırılması və şəffaflığın təmin olunması rahat olmayan uzun bir prosesdir: “Ona görə də bir neçə gündə ölkədə korrupsiyanın kökünü kəsmək mümkün deyil. Hətta dünyanın inkişaf etmiş ölkələrində də müəyyən qədər korrupsiya var. Ona görə də belə qənaətə gəlmək olar ki, korrupsiyanın kökünü birdəfəlik kəsmək çətin məsələdir.

Amma dövlətimiz korrupsiyaya qarşı mübarizəsinin davamlı aparılmasında israrlıdır. Harada korrupsiya əməlləri müşahidə olunursa, o istiqamətdə operativ tədbirlər görülür. Çalışmalıyıq ki, korrupsiyanın səviyyəsi azalsın, minimuma ensin. Burada vəzifəli şəxsləri  korrupsiyaya vadar edən kadrların etibarsızlığı, maaş azlığı və digər məsələlər deyil. Hesab edirəm ki, yeni şüur formalaşmalıdır. O şüur ki, insanlar vəzifəyə təyin olunanda əlavə pul qazanmaq üçün əyri yollara əl atmasın, xalqa xidmətlə şərəf duysun. Hesab edirəm ki, belə bir cəmiyyətin qurulmasına nail olacağıq. Ona görə də müvafiq orqanların korrupsiyaya qarşı mübarizəsini daha da ciddiləşdirməsinə ehtiyac olduğunu düşünürəm".

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, korrupsiya ilə məşğul olmayan məmurların sayı az olduğuna görə bir neçə məmurun həbs olunması kifayət deyil:

“Korrupsiya əməllərinin hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılmasını gözləmək əbəsdir. İctimai nəzarət olmalıdır. Dövlət başçısı bununla bağlı dəfələrlə  fikrini bildirib. Müəyyən mexanizmlər olmalıdır. Məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannamələri olmalıdır. Daşınmaz əmlak reyestri və hüquqi şəxslər reyestri tam açıq olmalıdır. Biz bilməliyik ki, məmurların hansı biznesi, əmlakları var. Yəni şəffaflıq olmalıdır. Şəffaflıq olmayan yerdə ictimai nəzarət necə ola bilər? Başqa mexanizmlər də-dövlət hesabına güzəştli kreditlər və s. şəffaf olmalıdır. Eyni zamanda, etiraf edək ki, məmurların maaşı o qədər də yüksək deyil, yəni səlahiyyətlərə mütənasib deyil. Korrupsiya ilə məşğul olan məmurlar sərt cəzalanmalıdır. Mən dəfələrlə demişəm ki, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR