"Azərişıq" ASC-nin əməkdaşı iş otağında qadını döydü

08 oktyabr, 2022 10:51

“Azərişıq” ASC-nin əməkdaşı iş otağında polisin bacısını döyüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Qeyd edilib ki, hadisə Gəncə şəhərində yerləşən – “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsində qeydə alınıb.

Belə ki, İdarənin əməkdaşı iş otağında Nail İsgəndərov A.Musayevanı döyüb.

Daha sonra A.Musayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Nail İsgəndərov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci (Döymə) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə Nail İsgəndərov deyib ki, hadisə günü A.Musayeva və N.Əsgərova onun iş otağına gəlib, ailəsini nalayiq ifadələrlə təhqir edib: “A.Musayeva mənə əl-qol atdı, özümü müdafiə etmək məqsədilə onun əlini saxladım. A.Musayevanın qardaşı və mərhum atası polis zabiti olduğundan polis əməkdaşları ilə əlaqələri var. Bu səbədən barəmdə hazırki material toplanaraq məsuliyyətə cəlb edildim.

Eləcə də 30.08.2022-ci il tarixdə A.Musayevanın İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinməsinə dair keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Sənəm (şərti) adlı şəxs izahatında A.Musayeva ilə dəhlizdə rastlaşdığını və onun saçının belə dağılmadığını dedi. Buna görə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirəm”.

Məhkəmə iclasında zərərçəkmiş şəxs şikayətə etiraz edib. O bildirib ki, toplanmış sübutlarla Nail İsgəndərovun əməli təsdiq olunur.

Bundan başqa, məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi etiraz edərək deyib ki, ekspert rəyi, eləcə də iş üzrə toplanmış sübutlarla Nail isgəndərovun A.Musayevaya xəsarət yetirməsi tam sübut edilir.

Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, Nail İsgəndərov İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub. O, bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR