Qara çörək qıtlığı nə vaxt aradan qalxacaq? - Ekspert

11 oktyabr, 2022 16:11

"Rusiyada vəziyyətin gərginləşməsi çovdar ununun idxalında müəyyən problemlər yaradıb. Məhsulun ardı gəlmədiyinə görə anbarlarda olan mövcud ehtiyatlardan daha qənaətlə istifadə olunur. Bu da mağazalarda qara çörəyin tapılmamasına səbəb olur".

Bu fikirləri bakupost.az -a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

İqtisadçı qeyd edib ki, ilin birinci yarısından ölkədə qara çörəklə bağlı vəziyyət normal olsa da, artıq ikinci yarısından müəyyən qıtlıqlar yaranıb:

"2022-ci ildə ölkəyə taxıl idxalında ən yüksək göstərici yanvarda qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 400 faizlik idxal həyata keçirilib. Həmin dövrdə təbii olarq çovdar ununun da idxal həcmi əvvəlki illə müqayisədə yuxarı olub. Ona görə də ilin birinci yarısında demək olar ki, qara çörəklə bağlı ciddi problemlər yaşanmayıb. Amma sonradan çovdar ununun idxalda həcminin nisbətən azalması səbəbindən həm istehsalda, həm də təbii ki, satış yerlərində müəyyən məhdudiyyətlər müşahidə olunub".

Ekspert hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin daha kəskin fazaya keçməsi bu məsələdə həssaslığı artıraraq, logistik problemlər yaradıb:

"Bu problemin birbaşa təsiri olmasa da, vəziyyət anbarlarda olan çovdar ununun daha qənaətlə işlədilməsini tələb edir. Adi çörəkdən fərqli olaraq, qara çörəkdə bir çox vasitələrdən istifadə olunur. Hesab edirəm ki, bu dalğavari prosesdir, yəni davamlı olmayacaq. Çünki alternativ istiqamətlərdən, eyni zamanda Rusiyanın özündən logistik fəaliyyətlər tam bərpa olunandan sonra biz qara çörəklə bağlı hər hansı problemin olmadığını görəcəyik. Təcrübə göstərir ki, bəzi məhsullarda müəyyən zaman kəsiyində bir qədər qətlıq müşhidə olunsa də, daha sonra bu boşluq doldurulur. Bir sözlə, keçici bir prosesdir".

Xatırladaq ki, dünən Azərbaycanda qara çörəyin satışında qıtlıq olması ilə bağlı xəbər vermişdik.

Belə ki, ölkədə çovdar unu çörəyi əsasən, iki müəssisədə - "N1" Çörək Zavodu və "Çörəkçi" zavondunda istehsal olunur.

"N1" Çörək Zavodundan Bakupost.az -a bildiriblər ki, iki həftəyə yaxındır çovdar unu ala bilmirlər və bu səbədən qara çörək istehsalının dayandırıblar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR