Avropa İttifaqı Azərbaycanla sərhədə missiya göndərir
12 oktyabr, 2022 00:25
Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər.
Erməni mətbuatı xəbər verir ki, müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.
Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.
Hazırda missiyanın icrası ilə bağlı detallar müzakirə olunur. Məsələn, Ermənistana nə qədər nümayəndə, hansı ölkələrdən və nə vaxt gələcəklər və s.
“Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, - Brüsseldəki diplomatik mənbə bildirib.