Hamı ondan danışır - Deputat da, alim də, sahibkar da, əkinçi də…

12 oktyabr, 2022 12:22

Ölkəmizin müstəqillik illərində əldə etdiyi ən ciddi uğurlardan biri də liberal iqtisadiyyata uğurlu transformasiyanın həyata keçirilməsi ilə bağlıdır. Son illərdə isə Azərbaycanda peşəkar sahibkarlar ordusu formalaşıb. Yerli şirkətlərimiz sənayedə və kənd təsərrüfatında müxtəlif layihələrə investisiyalar yönəldərək ölkə üzrə ümumi daxili məhsulun formalaşmasına öz töhfələrini verirlər. Sahibkarlıq subyektlərinin ölkə vətəndaşlarının əmək bazarına inteqrasiyasının genişlənməsində də rolu böyükdür.

2030-cu ildək olan dövrü əhatə edən strateji mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə kiçik və orta biznesin daha da inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdən biridir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ölkə sahibkarlarının qarşısında geniuş imkanlar açır. Bu xüsusda assosativ ticari birliklərin yaradılması, özəl sektorun ictimai sferaya uğurlu keçidinin təmin olunması da diqqətdən yayınmır.

Gülpəri Bayramova Azərbaycanın ən gənc biznes-liderlərindən biridir. 27 yaşlı xanım sahibkar “Agromix” şirkətinin təsisçidir. Bu şirkət qısa müddətdir yaranmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində ciddi yeniliklərə imza atıb. Adıçəkilən şirkət dünyanın müxtəlif ölkələrindən Azərbaycana meyvə-tərəvəz məhsulları idxal edir. Eyni zamanda daxili istehsalla da məşğuldur və becərdiyi məhsulları daxili bazara çıxarır. Həm istehsal, həm də idxal etdiyi məhsulları paytaxtın iri marketlər şəbəkəsində satışa çıxarırlar.

Gülpəri Bayramova ölkə sahibkarlarının cəmləşdiyi platformalarda da aktiv təmsil olunur. Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və digər qurumlarla yanaşı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə fəal əməkdaşlıq edir. Aqrar ekspert olaraq kənd təsərrüfatı sahəsinin inkişafı, mövcud problemlər və həlli yolları ilə bağlı təklif və təşəbbüslərlə çıxış edir.

Azərbaycanın məşhur simaları gənc biznes-ledi Gülpəri Bayramovanın fəaliyyəti ilə bağlı təəssüratlarını Azsiyaset.com-a bölüşüblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Məşhur Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən kompleks və instusional islahatlar özəl sektora da təsirsiz ötüşməyib:

“2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Bundan sonra hakimiyyətin bütün qollarında – qanunverici, Mərkəzi İcra Hakimiyyəti və yerli idarəetmə orqanlarında köklü islahatlar aparıldı. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmək, idarəetməyə yeni nəfəs gətirmək, gənc və peşəkar kadrları irəli çəkmək, onların potensialından dövlətimizin inkişafı naminə istifadə etmək dayanır. Özəl sektor da bu islahatlar kursuna transformasiya olunub və bu sahədə də ciddi dəyişiklikləri müşahidə edirik. Biznesmen və biznes-ledilərin ictimai hesabatlılığının artması, sosial korporativ layihələrdə fəal iştirakı bu qəbildəndir”.

Deputat Gülpəri Bayramova kimi gənc sahibkarların fəaliyyətini dəstəklədiyini bəyan edib: “O, çox gəncdir. Kənd təsərrüfatı sahəsində çalışır. Kifayət qədər də uğurları var. Baxmayaraq ki, fəaliyyət qrafiki gərgindir, ictimai əhəmiyyətli tədbirlərdən də geri qalmır. Aqrar ekspert olaraq bu sahənini inkişafı ilə bağlı təkliflərini səsləndirir. Nə yaxşı ki, Azərbaycanda belə peşəkar, məsuliyyətli, daim özü üzərində işləyən xanım sahibkarlarımız var. Biz onlarla fəxr edirik” – millət vəkili vurğulayır.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva Gülpəri Bayramovanı biznes sektorunda yeni sima hesab etdiyini söyləyib:

“Gülpəri Bayramova AQSİA-nın fəaliyyətində yaxından iştirak edir. Həm biznes-ledi, həm ictimai fəal, həm də xeyriyyəçi olaraq böyük rəğbət qazanıb. Biz onun rəhbəri olduğu “Agromix” şirkətində olduğumuz zaman bir daha əmin olduq ki, bu şirkət müasir dövrün çağırışlarına cavab verən tam peşəkar idarəetmə sistemi ilə əhatə olunub. Bu qürurvericidir. Onun fəaliyyəti gənc sahibkarlar üçün də bir örnəkdir. Hesab edirəm ki, gələcəkdə Gülpəri Bayramova kimi peşəkar biznes-ledilərlə daha böyük layihələrə imza atacaq, kiçik və orta süahibkarlıq subyektlərinin inkişafına öz layiqli töhfəmizi verəcəyik”.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, Gülpəri Bayramova bu qurumun ən fəal üzvlərindən biridir:

“Konfedrasiya tərəfindən təşkil olunan tədbirlərdə, seminarlarda, konfranslarda aktiv iştirak edir, kreativ təşəbbüslərlə çıxış edir. Onun rəhbəri olduğu “Agromix” şirkəti kənd təsərrüfatı məhsulları bazarının aparıcı iştirakçılarından biridir. Onu yaxından tanıyan və fəaliyyətinə bələd olan biri kimi deyə bilərəm ki, çox parlaq perspektivləri olan bir xanımdır. Gənclərin biznes fəaliyyətinə cəlbi baxımından da onun xidmətləri danılmazdır. Həm nümunəvi gənc biznes-ledi olaraq, həm də real dəstəyi ilə bu sahədə çox işlər görə bilib. Mən buradan ölkə gəncliyinə üzümü tutaraq, onları Gülpəri Bayramova kimi parlaq gənclərdən nümunə götürməyə səsləyirəm”.

AMEA Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva ölkədə yeni biznes sahələrinin yaradılması istiqamətində səylərin dəstəklənməli olduğunu deyib:

“Azərbaycanda bitkiçiliyin inkişafı, çöl tədqiqatlarının aparılması, yerli istehsalın tərkib hissəsi olaraq bu sahəyə marağın artırılması qarşımızda duran əsas hədəflərdən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnsitutu olaraq bu sahədə araşdırmalar aparırıq. Özəl sektora aia müəssisələrlə bu istiqamətdə əməkdaşlığımızı davam etdirirk. Çox arzu edərdik ki, müasir düşüncəli, kreativ təfəkkürə malik gənc sahibkarlarla əməkdaşlıq formatı yarada bilək. Gülpəri Bayramovanın fəaliyyətini sosial mediadan izləyirəm. Kifayət qədər fəal, daim öz üzərində işləyən, gənc olmasına baxmayaraq, ciddi uğurlara imza atmış biznes-ledidir. Müasir dövrdə Gülpəri Bayramova kimi sahibkarlara xüsusi ehtiyac var və onun fəaliyyətini dəstəkləyirik”.

Saatlı rayonunda fəaliyyət göstərən əkinçi Ələsgər Əhmədov “Agromix” şirkəti ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb:

“Becərdiyimiz məhsulları “Agromix” şirkəti vasitəsilə paytaxt bazarlarına çıxarırıq. Bu şirkətin bizdən əsas tələbi sağlam məhsul yetişdirməklə bağlıdır. Onlar keyfiyyətə çox önəm verirlər. Şirkətin təsisçisi Gülpəri Bayramova hər zaman bizlərlə görüşü zamanı bəyan edir ki, kənd təsərrüfatı məhsullarını təkcə istehlak üçün deyil, eləcə də sağlamlıq mənbəyi olaraq yetişdirmək lazımdır. Vaxtaşırı olaraq bizi ziyarət edir, öz tövsiyyə və təkliflərini verir. Onun bu devizi isə bizim üçün fəaliyyət kredosuna çevrilib – “Düşünün ki, bu məhsulu biz və övladlarımız da yeyirik. Vicdan istehsalat və satışda ən vacib komponentdir” deyə Ələsgər Əhmədov fikrini yekunlaşdırır.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"