Sərhəd missiyası - Rusiya və Fransanın gizli iş birliyi

12 oktyabr, 2022 15:53

Rəsmi Moskva Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsinə qarşıdır. Bunu Rusiya Xairici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə bildirib. XİN rəsmisi Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Ermənistana mülki missiya göndərmək qərarına etiraz edərək, bu addımın Rusiyanın vasitəçilik səylərinə qarşı yönəldiyini söyləyib.

"Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq",- Zaxarova deyib.

XİN sözçüsü, həmçinin qeyd edib ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.

Rusiyanın etirazı nədən xəbər verir?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfürqarov Rusiyanın Avropa İttifaqı missiyasına qarşı çıxmasının səbəblərini Modern.az-a şərh edib. Onun fikrincə, Rusiyanın mövqeyi Azərbaycanı maraqlandırır. Burada əsas məsələ Qərb-Rusiya arasındakı mövcud qarşıdurmadır.

Eks-nazirin fikrincə, Azərbaycan-Ermənistan məsələsində Rusiyanın Qərbdən bəzi istəkləri var:

“Rusiya indiki mərhələdə beynəlxalq qurumlar tərəfindən müzakirə olunan mövzuların çoxundan təcrid edilib. Digər yandan biz Minsk qrupundan imtina etmişik. Rusiya isə bundan qıcıqlanır. Rusiya regiondakı proseslərdən izolyasiya olmaq istəmir. Misal üçün, Rusiya hələ də İranın nüvə planı ilə bağlı danışıqlarda iştirakçıdır. Rusiya regionda həyata keçiriləcək bu prosesdə də Qərbin onunla birgə hərəkət etməsini istəyir. Yəni Rusiya hesab edir ki, bu regionda iş görmək istəyən ölkə onunla əməkdaşlıq etməyə məcburdur”.

T.Zülfüqarov hesab edir ki, Rusiya Minsk qrupu çərçivəsində əvvəlki əməkdaşlığı davam etdirmək niyyətindədir:

“Bununla bağlı istər-istəməz qeyri-rəsmi danışıqların gedəcəyi istisna deyil. Çünki biz bilirik ki, Fransanın Rusiyaya olan münasibəti digər Avropa ölkələrindən fərqlənir. Bu məqamda Fransa Prezidenti Emmanuel Makronun 2020-ci ildə verdiyi bəyanatı xatırlatmaq yerinə düşər. Makron bəyanatında bildirmişdi ki, əgər Qarabağda nəsə etmək istəyiriksə, bunu Rusiya ilə əməkdaşlıq çərçivəsində etməyə məcburuq. Burada ikili oyun ola bilər. Yəni üzdə bir-biriləri ilə anlaşmasalar da, hər iki tərəf işləri bir yerdə aparmağa çalışacaq. İki tərəfin də bunda maraqlı olacağı istisna edilmir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR