"30 manatlıq "dövlət rüsumu" ilə vəd edilən 1000 manatlıq işlər" - Camaatı "soyanlar" kimdir?

16 oktyabr, 2022 17:25

Ölkədə çoxsaylı işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Lakin bu şirkətlərdən yararlana bilənlərin sayı o qədər də ürəkaçan deyil. İnsanlar bir yandan bu tip şirkətlərdən fayda görmədiklərinə yanırlar, digər yandan da işədüzəltmə adı ilə qarşılaşdıqları fırıldaqlara.

Deməli belə, işə düzəltmə şirkətlərinin fırıldaqları ilə bağlı şikayətlər artıb. Xüsusilə yüksək maaşlı işlərlə bağlı paylaşılan elanlar daha çox gözə batır. Məsələn, cəmi 30 manat ödəməklə 1000 manatlıq işə başlama şansı əldə et kimi elanlar.

İşsizləri yalançı vədlərlə “soyanlar” bu məbləğin işə düzəltmə üçün müəyyən edilən “dövlət rüsumu” adlandırır. İşsiz insan ödənişi etdikdən sonra isə bir neçə gün sonra elan da, elanı paylaşan da yoxa çıxır.

Aldananlar isə tələbələr, təcrübəsiz şəxslərdir.

Hətta bir neçə dəfə şirkətlərin adından da istifadə edirlər. Bir neçə dəfə ADRA-nın adından istifadə edilərək vakansiyalar elan edildiyinə dair qurumun şöbə müdiri Elçin Mahir də mətbuata açıqlamasında bildirmiş və bununla hüquq-mühafizə orqanlarına müraciət edildiyini qeyd etmişdir. Şirkət adından saxta iş elanları yayan şəxslər qanunla məsuliyyətə cəlb olunmuşdur. Həmin şəxslərdən bir neçəsi saxlanılıb qanun qarşısında cavab versələr də, çoxu hələ də insanları aldatmağa davam edir. Ayıq-sayıq olmaq üçün nə etmək lazımdır? Nəyə diqqət etmək lazımdır ki, aldanmayaq?

Məsələnin ən üzücü tərəfi bu cür saxta elanların bəzi saytlarda ödənişli əsaslarla yerləşdirilməsidir. Bununla necə mübarizə aparılmalıdır?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, kütləvi informasiya vasitələrində (KİV) elanların verilməsi “Reklam və elanlar haqqında” qanunvericilik ilə tənzimlənir:

“Qanunvericilikdə hansı tip elanları, reklamları vermək olmaz məsələlərinə aydınlıq gətirilib. Məsələn, alkoqollu içkilər, zərərverici qidalar və s. reklam formada vermək olmaz. Lakin iş elanları ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin yalançı elan verib vətəndaşı aldadan şirkət, şəxslər barədə məsliyyət o şirkətləri qeydə alan şəxslərin üzərinə düşür. Müxtəlif maxinasiya ilə məşğul olmuş şirkətlərə görə media məsuliyyət daşımır”.

M.Ələsgərli onu da qeyd edib ki, hər hansı müəssisədən ödənişli əsaslarla reklam alıb dərc etmək o demək deyil ki, media onun barəsində neqativ informasiya paylaşmayacaq:

“Yəni, KİV hansı müəssisəsinin ki elanını verir, onları müşahidə edərkən qanunsuz hal aşkar edərsə bu barədə də material verə bilər. Heç bir KİV reklam, elan yaydıqları müəssisələrin neqativ hallarını aşkar etdikdə bu barədə ictimiayyətə məlumat verməkdə n çəkinməməlidir. Bütün media orqanlarının bu məsələdə həssas olmasını tövsiyə edirik”.

Müşahidələr onu göstərir ki, bu cür işgüzarların fəaliyyəti sanki düşünülmüş şəkildə həftəsonu və bayram günlərində, xüsusilə dövlət qurumlarının qeyri-iş günlərinə təsadüf edilir.

Bəs bu kimi yalan elan paylaşan, mənbəyi məlum olmayan fırıldaqçıların çörəyinə yağ sürtənləri hansı məsuliyyət gözləyir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, bununla bağlı dəfələrlə ictimaiyyətə müraciət edilib: 

”Ümumiyyətlə kibercinayətkarlıq tədbirləri daim Daxili İşlər Nazirliyini ciddi nəzarətində saxlanılır. Daxil olan müraciətlər əsasında əməkdaşlar tərəfindən əməliyyatlar keçirilir və qanunamüvafiq addımlar atılır. Nazirliyin sosial şəbəkələrdəki əsas səhifələrinə daxil olan müraciətlər arasında kibercinayətlər bağlı şikayətlərə rast gəlinir. Əsasən müşahidə etdiklərimiz bu cür cinayətin qurbanları yaşlı nəslin nümayəndələridir. İşə düzəltmə ilə bağlı məsələr onlayn qaydadan daha çox əyani şəkildə aparılır. Aydın məsələdir ki, bu nüanslara aldanan şəxslər sosial şəbəkələrdən nisbətən zəif anlayışı olanlardır. Sosial şəbəkələrdə dələduzlar əsasən yüksək əmək haqqı olan “işlər” mövcudluğu ilə bağlı paylaşım edirlər. İlk baxışdan maaşın çoxluğuna aldanan şəxslər bununla “işbazlar”ın ilk olaraq işə düzəlmək adı ilə istədikləri 30-40 və s. miqdarda nisbətən kiçik məbləğləri ödəməklə razılaşırlsr. Nəticədə tora düşən işə düzəlmək istəyən insanlar sonradan aldanıldıqlarını başa düşürlər.

Bu cür iş təklifləri demək olar ki, əksər hallarda xarici ölkələrdən, saxta xarici nömrələrdən vatsap yazışmaları ilə aparılır. Xarici nömrədən zəng edən şəxsin kimliyini qısa zamanda müəyyən etmək isə çox vaxt aparan prosesdir.Vatsap üzərindən yazışma aparmaqla bu fırıldaqçılar özlərinə "təhlükəsiz" mühit yaradırlar. Daha çox vətəndaşın şəxsiyyət vəsiqəsinin şəklini kart nömrəsini və s. məlumatları aldıqdan sonra onun barədə zəruri olan bütün informasiyalar fırıldaqçılar üçün əlçatan olur. Bundan sonra vətəndaşın bank kartlarından və digər məlumatlarından sahibinin xəbəri olmadan istifadə edirlər. Odur ki, DİN dəfələrlə vətəndaşlara müraciət edərək, bu istiqamətdə hər kəsi maarifləndirəcək məlumatlar paylaşır. Bütün hallarda müraciətlər araşdırılır və şəxslərin kimliyi müəyyən edilir. Müəyyən edildikdən sonra həmin şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülür. Bütün vətəndaşlara bu kimi hallarda dərhal “102 Çağrı Mərkəzinə” müraciət etmələri tövsiyə edilir”.

A.Qafarov son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlindiyinə də diqqət çəkib:

“Həmçinin, elan saytlarında müxtəlif elanlar yerləşdirərək vətəndaşlardan “beh” adı altında pulların dələduzluq yolu ilə onlayn ödənişlərlə ələ keçirildiyi müşahidə olunur. Bununla da özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək, ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsinin şahidi oluruq.

Həmin şəxslər vətəndaşlara xarici nömrələrdən zəng edərək və “vatsap” vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kartı məlumatlarını əldə edirlər. Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bir daha vətəndaşları onlayn alış-veriş edərkən, elan saytlarında olan elanlarla tanış olan zaman diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 – Xidməti Zəng Mərkəzi” həmçinin sosial şəbəkələrdə polisazərbaycan rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik. Ümumiyyətlə real ünsiyyətdə olmadığınız insanlara hər hansı bir elana göre “beh” formasında onlayn ödəniş olunması tövsiyyə edilmir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR