Kiyev yenidən İran dronları ilə vuruldu

17 oktyabr, 2022 08:49

Oktyabrın 17-də səhər saatlarında Ukrayna paytaxtında yenidən partlayış səsləri eşidilib.

"UNİAN" xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

"Bütün xidmətlər yoldadır. Təfərrüatlar daha sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırış edib. Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

"TSN" kanalı xəbər verir ki, partlayış yerində yanğın başlayıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak paytaxta kamikadze pilotsuz uçan aparatlarla hücum edildiyini bildirib.

"Ruslar bunun onlara kömək edəcəyini düşünürlər, lakin bu cür hərəkətlər ölümqabağı əzaba bənzəyir. Bizə daha çox hava hücumundan müdafiə sistemləri və mümkün qədər tez lazımdır. Bizim yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı qorumaq və düşməni məhv etmək üçün daha çox silah. Bu belə də olacaq..." - deyib Ukrayna rəsmisi.

Son vaxtlar Rusiya raket zərbələri ilə yanaşı, İran istehsalı olan kamikadze dronlardan da hücumlar üçün fəal şəkildə yararlanmağa başlayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya İrandan 2400 ədəd “Şahed” kamikadze dronu sifariş edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR