AQC Türkiyə qiymətləndiriciləri ilə Memorandum imzalanacaq

18 oktyabr, 2022 14:29

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə Türkiyə Qiymətləndiricilər Birliyinin sədri Yaşar Bahçeci ilə görüşüb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə birlik sədrinə məlumat verən M.Mirzəzadə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari yönümlü ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədrinin xüsusi nümayəndəsi əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Qiymətləndiricilər Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanlı həmkarları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Türkiyə Qiymətləndiricilər Birliyinin sədri Yaşar Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. AQC sədri Vüqar Orucu Türkiyədə səbirsizliklə gözlədiklərini diqqətə çatdıran Y.Bahçeçi qarşıdakı aylarda özünün də Bakıya səfər edəcəyini bildirib. Onun sözlərinə görə, birgə təlimlərin keçirilməsi, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi qarşıda duran əsas hədəflərdən biridir. Bahçeci Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandumun imzalanacağını və bundan sonra münasibətlərin rəsmiləşəcəyini deyib. AQC sədri Vüqar Orucun gələn ay Türkiyəyə baş tutacaq səfəri çərçivəsində əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

Xatırladaq ki, Yaşar Bahçeci Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biridir. Eyni zamanda “EVA Real Estate Appraisal Consultancy Inc”in İdarə Heyətinin sədridir. 2009-2019-cu illərdə Kırşehir bələdiyyə başqanı olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) isə 54 qiymətləndirmə şirkətini özündə birləşdirir və ölkə qiymətləndiricilərinin yeganə kollektiv birliyidir. 23 ildir fəaliyyət göstərən AQC bir çox beynəlxalq təşkilatların üzvüdür və onlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR