Azərbaycan ATƏT-in işini əngəlləyə bilər

22 oktyabr, 2022 00:51

Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq, ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb.

Bu barədə oktyabrın 21-də Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Daimi Şurada təşkilatın 2023-cü il üçün büdcəsinin müzakirəsi zamanı bildirib.

“Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada “ehtiyacların qiymətləndirilməsi” missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks- effekt verəcək”, - Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bəyanatında deyilir.

“Bu səfər oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədikləri yüksək səviyyəli sonuncu görüşdən sonra elan edilib. 

Azərbaycan əlavə etimad quruculuğu tədbiri kimi Avropa İttifaqının mülki missiyasının Ermənistan və Azərbaycan sərhədi boyunca Ermənistan ərazisinə keçməsinə etiraz etməyib. Bu hərəkət ATƏT-in regionda "vicdanlı vasitəçi” kimi rolunu daha da məhdudlaşdıracaq, Minsk Qrupunun fəaliyyətilə və digər ATƏT strukturları tərəfindən artıq ciddi şəkildə zədələnmiş bu təşkilata inamı daha da azaldacaq.

Mövcud vəziyyət düzələnə və ATƏT-in sənədlərinə və qərarlarına uyğunluq bərpa olunana qədər Azərbaycan nümayəndəliyi gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək”, - bəyanatda deyilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR