Gələn il büdcənin gəlirləri bu qədər proqnozlaşdırılır
25 oktyabr, 2022 10:08
Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az -a daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.