Nəqliyyatın "nəzir idarəçiliyi" - Yığılan pullar hara gedir?

26 oktyabr, 2022 12:09

"Bizdə nəqliyyatın idarə olunması, nəzirlərin idarə olunmasına bənzəyir. Yəni, hansı qiyməti necə idarə edirlər, bu hansı mənbələrə gedir, baş açmaq olmur”.

Azsiyaset.com xəbər verir ki, bu fikirləri bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xəttinin fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bütün bunlar vətəndaşların sosial vəziyyətini daha da ağırlaşdırır:

"Bu qərarlar vətəndaşların vəziyyəti nəzərə alınaraq, eyni zamanda müəyyən dərəcədə cəmiyyətlə məsləhətləşmə formasında həll etmək lazım idi. İstədikləri qiyməti qoyurlar, sonra tələb edirlər ki, bu qiymət ödənməlidir. Yoxsul əhalinin bunu ödəmək imkanı yoxdursa, kimsənin vecinə deyil hansısa kompensasiya, subsidiya vasitələrinin nəzərdə tutulması. Ona görə olduqca narahatedici məsələdir. İndiyə qədər hələ bu istiqamətdə müsbət addımların atıldığı görünmür. Həmişə vəziyyət ağırlaşmağa doğru gedir. İstər hava nəqliyyatında, istər ictimai nəqliyyatın vəziyyətilə bağlı hər hansı bir müzakirənin açılmaması özü böyük bir sual yaradır”.

F.Mustafa vurğulayıb ki, keyfiyyət baxımından da yaxşı xidmət göstərilmir:

“Alternativ xidmətin olmaması böyük bir problemlər yaradır. Çünki ictimai nəqliyyatdan istifadə edən həm də benzinin bahalığına görə marşrutdan istifadə edir. Əslində, maraqlı olmalıyıq ki, insanların xeyli hissəsi ictimai nəqliyyata yönəlsinlər. Çünki şəxsi avtomobillə hərəkət böyük tıxac yaradır. Lakin bunu doğru stimullaşdıra bilmirlər. İdarərəetmənin nəqliyyatla bağlı olduqca intellektsiz bir yanaşma mövcuddur. Ona görə də hansı qərarı niyə qəbul etdiklərinin başa düşmək xeyli çətindir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR