"Birini alana, biri hədiyyə..." - Marketlərdəki endirimlərin təhlükəli tərəfləri

26 oktyabr, 2022 14:39

Beynəlxalq araşdırmalara görə il ərzində hər bir insan ortalama 221 dəfə market şəbəkələrindən istifadə edir. Əksər insanlar alış-veriş zamanı daha çox qiymətlərlə maraqlandığından, məhsulun rəflərə yığılma qaydasına, satıldığı bölmələrə və bu kimi digər nüanslara fikir vermir.

Lakin nəzərimizdən qaçan, bizə adi və sıradan görünən bu kiçikdetallar, əslində bizim alış-veriş planlarımıza böyük ölçüdə təsir edir. Məsələn, fikir vermisinizsə, marketlərdə meyvə-tərəvəz bölməsi əsasən giriş hissədə yerləşir. Bunun əsas səbəbi, digər məhsullara nisbətən daha təravətli olan meyvə-tərəvəz vasitəsilə müştəriyə “burada bütün məhsullar yenidir” mesajını verməkdir.

Və ya çörək rəfləri marketin künclərində, yaxud da əks istiqamətdə olur ki, beləcə, ora sadəcə çörək almaq üçün girən müştəri bu yolu qət edərək, digər məhsulları da görmüş olur.

Kassaların yanına saqqız, şokolad və bu kimi məhsulların yığılmasının səbəbi isə növbə gözləməkdən sıxılan insanlara psixoloji təsir edərək, bu qidaları almağa sövq etməkdir.

Digər bir maraqlı məqam isə mağazalardakı endirimlərlə bağlıdır. Şübhəsiz ki, endirim hamını cəlb edən bir vasitədir. Bu gün Bakıda yerləşən bütün supermarketlərdə “3 al, 1 ödə”, “25, 50,75% endirim”, “birini alana, biri hədiyyə” kimi, kampaniyalara rast gəlmək mümkündür. Ancaq bu zamantəbii olaraq ortaya belə bir sual çıxır: “Niyə vaxtilə od bahasına satılan məhsullar bir anda maya dəyərinə, bəzən isə daha aşağı qiymətə alıcıya təklif olunur?”.

Qeyd edək ki, bu cür endirimlərin bir sıra bilinməyən və təhlükəli tərəfləri var. İlk növbədə endirimli qiymətə təklif olunan bu məhsulların bir çoxunun istifadə müddətinin bitməsinə sayılı günlər ya da bir neçə həftə qalır. Bir çoxları “endirim” sözünə aldandığından, bu kiçik nüansı diqqətdən qaçırır, ya da buna əhəmiyyət vermir. Nəticədə vətəndaş istifadə müddətinin bitməsinə sayılı günlər qalan məhsulu alır və bir neçə gün onu evdə saxlayır. Məhsulun istifadə müddətinin bitdiyini anlayanda isə artıq gec olur və həmin məhsul zibil qabına atılır.

Bilməyərəkdən bu məhsulu istehlak edənlər isə daha təhlükəli bir vəziyyətlə qarşılaşırlar. Qısaca, istehlakçının diqqətsizliyindən sui-istifadə edənlər, bu yolla həm vətəndaşın büdcəsinə həm də sağlamlığına ziyan vururlar. Bu məsələnin bilinən və görünən tərəfidir.

Görünməyən tərəfinə gəlincə, bəzi endirimli məhsulların istifadə tarixinə baxdıqda, hələ yararlılıq müdətinin bitməsinə 1-2 il vaxt qaldığını görürük. Ancaq təəssüf ki, bu, həmin endirimli məhsulun tam təhlükəsiz olduğu anlamına gəlmir.

Məlumat üçün qeyd edək ki, hər bir məhsulun özünün saxlanma qaydası var. Məsələn, süd məhsulları, meyvə-tərəvəzin çoxu, yumurta, bitki yağları kimi məhsullar 0-40 dərəcədə, tərkibində duz, şəkər, turşular olan ərzaq malları mənfi 2 dərəcədə saxlamaq məsləhət görülür.

Havanın temperaturu ilə yanaşı, rütubət də ərzaq mallarının saxlanılmasında böyük əhəmiyyətə malikdir. Rütubətin artması zamanı məhsulların kütləsi artır, sonra isə formasını itirir. Məhsulların saxlandığı anbar və ticarət zalları da təmiz və havası yaxşı dəyişilən olmalıdır.

Ekspertləin fikrincə, bu qaydalara əməl olunmadıqda məhsullarda fiziki-kimyəvi dəyişikliklər baş verir və keyfiyyətsizlik əlamətləri ortaya çıxır. Nəticədə istifadə müddətinin bitməsinə 1-2 il qalan məhsul necə deyərlər ömrünü başa vurur və istifadəyə yararsız hala gəlir.

Obyekt sahibləri isə bu məhsulları vitrindən götürmək əvəzinə, “endirim” adı altında alıcılara təklif edirlər. Diqqət etsək, endirimdə olan yeyinti məhsullarının dadının digərləri ilə fərqlilik təşkil etdiyini asanlıqla anlaya bilərik.

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli azpolitika.info-ya şərhində bildirib ki, qanunla satıcının satdığı məhsulun müddəti ilə bağlı alıcıları məlumatladırmaq kimi bir öhdəliyi yoxdur: "Satıcının hüquqi cəhətdən borcu ondan ibarətdir ki, satdığı məhsul keyfiyyət standartlarına uyğun və vaxtı keçməmiş olsun. Bu həm də fiziki cəhətdən mümkün deyil. Məsələn, bəzi məhsullar var ki, onları 3-5 gün ərzində istehlak etmək lazımdır. Böyük marketlərdə minlərlə çeşid məhsul satılır. Bunların hər birinin üzərinə ayrı-ayrılıqda neçə gün vaxtının qaldığını yazmaq çətin prosesdir. Belə məsələlərdə daha çox alıcılar diqqətli olmalıdırlar. Aldıqları məhsulun üzərinə diqqətlə baxmalıdırlar. Ola bilər ki, endirmlə aldıqları məhsulun istifadə müddətinə bir neçə gün qalsın. Bu zaman həmin məhsulu daha tez istehlak etmək lazımdır”.

"Məhsulun bir anda dəfələrlə ucuz qiymətə təklif edilməsinə gəlincə, bu nüanasla həmin məhsulun real qiymətini təsəvvür etmək çətindir. Ola bilsin ki, satıcının məhsulu əlində qaldığı üçün onu yarı qiymətinə və yaxud daha ucuza təklif edir. Bu barədə nəsə demək üçün, daha əsaslı məlumatlar olmalıdır", - deyə, ekspert bildirib.

Məlumat üçün onu da qeyd edək ki, beynəlxalq təcrübədə bu cür məhsulların satışı qanunla tənzimlənir. Məsələn, Avropa ölkələrində istifadə müddətinin bitməsinə qısa vaxt qalan məhsulların satışının həyata keçirlidiyi xüsusi market şəbəkələri mövcuddur. Bu mağazaların işləmə mexanizmi isə çox sadədir. Belə ki, digər iri mağazalar istifadə müddətini başa vurmağa bir neçə həftə qalan məhsulları bu şəbəkələrə verir. Nəticədə insanlar bu marketlərdən alış-veriş edərkən, aldıqları məhsulların istifadə müddətinin bitməsinə az bir vaxt qaldığından xəbərdar olurlar.

Sonda qeyd edək ki, bu gün paytaxtda yerləşən bir çox marketlərdə vaxtı keçmiş və keyfiyyətsiz məhsullara rast gəlmək mümkündür. Sosial şəbəkələrdə də tez-tez vətəndaşların belə məhsullarla bağlı şikayətlərini əks etdirən görüntülər yayılır. Səlahiyyətli qurumlar isə bu görüntüləri araşdrmaq, istehlakçının hüquqlarını qorumaq əvəzinə, vətəndaşı istehsalçı şirkətlə qarşı-qarşıya qoyur. Nəticədə də bu məsələ ikinci tərəfin xeyrinə verilən qərarla ört-basdır edilir.

Açığı belə sadə məsələləri həll edə bilməyən qurumların, gələcəkdə Azərbaycanda istifadə müddətinin bitməsinə az bir vaxt qalmış məhsullların satışını edən şəbəkələr yaradacağı real görünmür. Məlum məsələdir ki, bu, zaman bazarın inhisarçı şirkətləri vaxtı keçmiş və keyfiyyətiz məhsullarını rahatlılqla “endirim” adı altında vətəndaşa “sırıya” bilməyəcəklər. Ona görə də vətəndaşlar özləri bu məsələyə nəzarət etməli, endirim kampaniyalarından yararlanarkən diqqətli olmalıdırlar.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"