ABŞ repressiyalara görə İranın rəsmi şəxslərinə sanksiyalar tətbiq edib

27 oktyabr, 2022 12:12

Çərşənbə günü Bayden administrasiyası bildirib ki, Rusiya 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazları yatırmaq üçün İrana məsləhət verə bilər, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ prezidentinin mətbuat katibi Karin Jan-Pyer jurnalist üçün brifinqdə bildirib ki, Ağ Ev “Moskvanın etirazların yatırılması ilə bağlı böyük təcrübəyə əsaslanaraq İrana etirazların idarə olunmasında ən qabaqcıl metodlar barədə məsləhət verə biləcəyindən narahatdır”.

“Bizim İrana mesajımız çox aydındır – öz adamlarınızı öldürməyə son qoyun və ukraynalıların öldürülməsinə kömək etmək üçün Rusiyaya silah göndərməyi dayandırın”, - o deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi də təfərrüatları açıqlamadan analoji ittihamla çıxış edib. "Biz bunun əlamətlərini görürük və təəssüf ki, Rusiyanın təcrübəsi var", - o deyib.

Çərşənbə günü Bayden administrasiyası İranda ümummilli etirazların yatırılmasında əli olan 10 rəsmi şəxsə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinə qarşı bir sıra əlavə sanksiyalar tətbiq edib.

"Birləşmiş Ştatlar İranda insan hüquqlarının pozulmasına görə ədalət mühakiməsinə və məsuliyyətə  cəlb olunmaya yardımçı olmağa sadiqdir", - dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Dövlət Departamentində jurnalistlərin qarşısında çıxış edən mətbuat katibinin  müavini Vedant Patel deyib ki, Vaşinqton İran xalqının insan hüquqları və əsas azadlıqların müdafiəsi üçün etiraz aksiyası zamanı ona dəstək olmaq yollarını axtarmağa davam edəcək. Bununla da ABŞ İran xalqına qarşı amansız repressiyalarda əli olan fiziki və hüquqi şəxslərin üzərinə məsuliyyət qoymağa davam edəcək.

"Biz əlimizdə olan vasitələri nəzərdən keçirməyə və amansız repressiyalar qarşısında öz hüquqlarının pozulmasına dinc etiraz edən İran xalqını dəstəkləmək üçün tədbirlər görməyə davam edəcəyik", - Patel deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR