İranla sərhəddə 17 kiloqram narkotik maddə götürülüb
27 oktyabr, 2022 13:38
Oktyabrın 25-də Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında sərhədçilər İran tərəfdən iki nəfərin sərhədi pozduğunu qeydə alıblar.
Sərhəd pozucuları “Dayan!” əmrinə tabe olmayaraq geriyə İran ərazisinə qaçıblar.
Əraziyə baxış zamanı sərhədçilər içərisində 17 kiloqram müxtəlif narkotik maddə (marixuana, tiryək, metadon) olan bağlama aşkar ediblər. Faktla bağlı araşdırma aparılır, oktyabrın 27-də Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.