Ukraynalılar Azərbaycanda nə qədər qalacaqlar? - RƏSMİ
28 oktyabr, 2022 13:57
Qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər. Amma hazırda Ukraynadan Azərbaycana gələn vətəndaşlar vaxt limiti olmadan ölkədə qala bilirlər.
Bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib.
Şöbə rəisi qeyd edib ki, 90 günlük limit hazırkı vəziyyətə görə ləğv edilib:
"Ona görə də 90 günü bitmiş Ukrayna vətəndaşları ölkəmizdə qala bilir".