ABŞ-dan Soçi görüşünə ilginc reaksiya - "Sülhün açarı..."
02 noyabr, 2022 12:31
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays ənənəvi brifinqdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Soçidə keçirilən görüşə münasibət bildirib.
Ned Prays ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülhə və iki ölkə arasında danışıqlara sadiq olduğunu deyib.
"Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və sabit sülhə nail olmaq üçün açardır. Çünki hər iki ölkə sülh istədiyini bəyan edir”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.