Emin Əmrullayev adı rüşvət qalmaqalında hallanan Həcər Mahmudovaya yeni vəzifə verdi - FOTO
03 noyabr, 2022 16:10
Bakı şəhəri 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova tutduğu vəzifədən azad edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq deyilib.
Bildirilib ki, Həcər Mahmudova paytaxtdakı 30 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, H. Mahmudovanın adı rüşvət qalmaqalında hallanırdı.