AQC sədri yeni qanunun qəbul olunmasını təklif edir - MƏTN

03 noyabr, 2022 16:16

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc  peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib.Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, AQC sədri peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib.

Təklifi olduğu kimi diqqətinizə çatdırırıq:

Son dövrlər Azərbaycanda assosiativ birliklərin sayı artır. İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və müxtəlif dövlət qurumlarının dəstəyilə peşəkar ticari birliklərin təsis olunması, dövlət qurumları ilə özəl sektor arasında sağlam münasibətlərin formalaşmasında bu birliklərin aparıcı rol alması yeni reallıqlar ortaya çıxarır. Bu xüsusda uzun müddətdir fəaliyyət göstərən və faktiki olaraq müxtəlif peşələr üzrə aparıcı mövqeyə sahib olan kollektiv ictimai birliklərin də əhəmiyyəti artır.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Jurnalistlər Birliyi, idman federasiyaları və digər bu qəbildən olan təşkilatlar faktiki olaraq bu sahədə fəaliyyət göstərən müəssisə və şəxslərin kollektiv platforması rolunda çıxış edir.

Məlumdur ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda kompleks islahatlar aparılır. 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident bu islahatlara start verildiyini bəyan etdi. Ötən dövr ərzində bütün hakimiyyət qollarında – qanunverici, Mərkəzi İcra Hakimiyyəti, yerli idarəetmə orqanları bu islahatlar prosesinin tərkib hissəsi olaraq yeniləndi. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə idarəçiliyə yeni nəfəs gətirmək, hökumət-vətəndaş münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq, yeni yanaşma ilə vətəndaşlara xidmət etmək dayanır.

Hesab edirəm ki, mövcud şəraitdə peşəkar kollektiv birliklərin də yeni statusla meydana çıxmasına, onların fəaliyyətinin daha da artırılmasına və tərəqqisinə xidmət edəcək qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac var. “Peşəkar birliklər haqqında” Azərbaycan Respublikası qanunun hazırlanması müasir dövrün çağırışı və günün tələbidir. Hansı ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu kollektiv peşəkar birliklərə də digər ictimai birliklər kimi, yalnız tövsiyyə vermək və könüllülük əsasında fəaliyyətə imkan verir. Peşəkar birliklərin özünütənzimləmə mexanizmlərinin yaradılması və həmin sahələr üzrə müvafiq standarlatın hazırlanması peşəkar birliklərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR