İsfəndiyar Vahabzadə və Qüdrət Qulu Əli İnsanovun partiyasından istefa verdilər
07 noyabr, 2022 11:04
Haqq Ədalət Partiyasının (HƏP) sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.
Azsiyaset.com xəbər verir ki, onlar qərarlarını bu gün açıqlayıblar.
İstefaya səbəb HƏP-in hakimiyyəti dəstəkləmək qərarıdır.
Partiya sədrinin müşaviri Nuridə Hidayət də istefa verdiyini açıqlayıb.