Müsavat Partiyası İran səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək
07 noyabr, 2022 11:55
Müsavat Partiyası noyabrın 15-də İranın Bakı səfirliyinin binası qarşısında aksiya keçirəcək.
Partiyadan verilən məlumata görə, noyabrın 5-də aksiya ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət edilib.
"Aksiyada İranın anti-Azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub", deyə məlumatda qeyd edilir.