Ankarada Fransanın Azərbaycana qarşı qərəzli münasibətinə etiraz edilib - FOTOLAR

09 noyabr, 2022 15:58

Türkiyənin paytaxtı Ankarada altı fransalı senatorun Azərbaycana qarşı qətnamə layihəsini Fransa Senatına təqdim etməsinə etiraz məqsədilə aksiya keçirilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV), Ankaradakı Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada qardaş ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri və Azərbaycandan gələn şəhid ailələrinin üzvləri iştirak ediblər.

Türkiyə və Azərbaycanın dövlət bayraqlarını dalğalandıran, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən fotoplakatlar nümayiş etdirən aksiya iştirakçıları ölkəmizə qarşı qərəzli ittihamların yer aldığı, Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə, Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə sərt etirazlarını bildiriblər. Aksiyanın gedişində Azərbaycanı dəstəkləyən şüarlar səsləndirilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in rəhbəri professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını təqdim edib.

Bəyanatda bildirilib ki, aksiya iştirakçıları 30 il terrorçu Ermənistanın təcavüzü altında olan torpaqlarını beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad edən Azərbaycanla həmrəyliyini bir daha ifadə edir, Fransanın Qarabağ Zəfərini həzm edə bilməməsinə öz etiraz səsini ucaldır. Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayətlərə, o cümlədən Xocalı soyqırımına göz yumması bütün bu cinayətlərin baş verməsinin əsas səbəbi kimi qiymətləndirilib.

Fransanın 1945-ci il mayın 8-də Əlcəzairin Setif və Guelma şəhərlərində törətdiyi qətliamlar zamanı 1 milyon insanı öldürdüyü, 800 min nəfər günahsız insanın qətlə yetirildiyi Ruanda soyqırımında məhz Fransanın günahkar olduğuna dair beynəlxalq hesabatların mövcud olduğu nəzərə çatdırılıb. Əsassız şəkildə Azərbaycanı və Türkiyəni ittiham edən, PKK və erməni terror təşkilatlarını dəstəkləyən, ASALA terror təşkilatından yardım uman Fransanın sanki Qarabağ münaqişəsi davam edirmiş kimi görkəm yaratmaq və bununla özünə rol qazanmaq cəhdini “heyrətləndirici” adlandıran bəyanat müəllifləri Ermənistanın Azərbaycanda törıtdiyi hərbi cinayətləri xatırladıblar. Bu faktlara Fransanın göz yumması şiddətlə qınanılıb.

Aksiya iştirakçıları Fransanın sərgilədiyi düşmənçilik xislətini dayandırmasını, Fransa Senatı Azərbaycana qarşı sanksiya sənədi qəbul etdiyi halda, bu ölkənin məhsullarının kütləvi şəkildə boykot olunmasını, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 275 nəfərin həyatına bais olan Ermənistanın mina terroruna son qoyulmasını tələb ediblər.

Bəyanat aksiya iştirakçıları adından səfirliyə təqdim olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR