"Rusiyanın Xersondan çıxması həftələrlə vaxt apara bilər" - Amerikalı general

10 noyabr, 2022 15:41

“İlkin göstəricilər onu deməyə əsas verir ki, Rusiya Xersondan çıxmasını yekunlaşdırır. Lakin buna xeyli vaxt gedə bilər”.

Bunu ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Mark Milli mətbuata son açıqlamasında deyib.

Milli deyib ki, Xersonda 20 mindən 30 minədək rus hərbçisi olub və onların Dnepr çayının sol sahilinə keçməsi tezliklə, qısa müddətdə baş verməyəcək: “Onları bu çaydan cənuba keçirmək üçün bir, ya iki gün yox, günlər, hətta həftələr lazım ola bilər”.

Milli onu da əlavə edib ki, Rusiya indiyə qədər bu savaşda ölü və yaralı olaraq, 100 min nəfərdən çox hərbçisini itirib: “Siz 100 mindən artıq Rusiya əsgərinin öldüyünü və yaralandığını görürsünüz. Eyni şey mümkündür ki, Ukrayna tərəfində də var. Çoxlu insan əzabı var”.

Sülh danışıqlarının perspektivləri barədə də danışan general Milli Birinci Dünya Müharibəsini xatırladaraq deyib ki, həmin vaxt daha erkən diplomatiyadan imtina edilməsi milyonlarla insanın həlak olmasına səbəb olmuşdu: “Ona görə də danışıqlar aparmaq, sülhə nail olmaq üçün imkan varsa, həmin anı tutun…”

Onu da qeyd edək ki, Xersonun azad edilməsindən sonra danışıqların mümkün perspektivləri barədə Qərbdə iki fərqli mövqe formalaşıb. Ekspertlərin bir hissəsi hesab edir ki, Xersonun azad olunması Ukraynanın danışıqlara qatılmasına və güclü tərəf kimi, güc mövqeyindən çıxış etməsinə imkan yaradır. Lakin digər tərəf hesab edir ki, bu hadisə danışıqların bərpasına əsas vermir. Çünki Rusiya yenə də danışıqlardan vaxt udmaqdan və yazda yenidən hücuma keçməkdən ötrü öz qüvvələrini toplamaq üçün istifadə edəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR