Etirazçılar Xameneinin bannerini tapdaladı - İranda son durum

12 noyabr, 2022 13:57

İranda əhalinin etiraz aksiyaları səngimir. Xüsusilə Zahidan, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bəsicə ölüm!”, "Qadın, həyat, azadlıq!" “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Sistan-Bəlucistan əyalətində Zahidanin cümə imamı Mövlana Məhəmməd Osman Qələndərzahi Xaş şəhərində üsyana çağırış etdikdən sonra Xameneyinin Zahidanda yerləşən hökumət qüvvələrinin yarısı Xaş şəhərinə göndərilib. Zahidan şəhərində etirazçılar Xameneyinin bannerini ayaqları altına alaraq tapdalayıblar.

Cümə namazından sonra Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan və Xaş şəhərlərində etiraz aksiyaları başlayıb. Zahidan şəhərində namaz qılanlar cümə namazından geri dönərkən radikal bəsici qüvvələrinə qarşı şüar səsləndirib: "Bəsiciyə ölüm!”.

Sistan və Bəluçestan əyalətində qəzəbli əhali yarımhərbi və radikal "Bəsic" qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar. Rask şəhərində etnik bəluç etirazçılar ümumxalq qiyamına dəstək verərək "Xameneiyə ölüm!" şüarının sədaları altında İslam Respublikasının bayrağını yandırıblar. Cəkigor şəhərində etirazçılar təkərlər yandıraraq tranzit yolunu bağlayıblar.

Fars əyalətinin Kazerun şəhərində gənc etirazçı yarımhərbi və radikal "Bəsic" qərargahına əldəqayırma qumbara atıb. Şiraz şəhərində İranın molla rejiminə etiraz məqsədilə hicabını başından açan gənc qadın yolun ortası ilə hərəkət edərək "Qadın, həyat, azadlıq!" şüarı səsləndirib, avtomobil sürücüləri və ətrafdakılar da ona dəstək verib.

Hürmüzqan əyalətinin Kiş adasında 20 yaşlı qız hökumət qüvvələri tərəfindən iki metr məsafədən ov tüfəngi ilə vurulub.

Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində azadlıqsevər gənclər Bivəran kəndində polis şöbəsinə hücum edərək ələ keçirməyə çalışıblar.

Qum əyalətinin Qum şəhərində gənclər mollanın əbasının arxa tərəfinə "Təqib olunur. Top, tank, fişfişə, molla gərək rədd ola!" şüarı yazılmış vərəqə yapışdırıblar.

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-si uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı, məlumatda 15 092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etnik bəluçların Tehran hökuməti tərəfindən öldürülməsinin 40 mərasimi ilə bağlı bəyanat yayıb. Qurum bəyanatda Zahidan şəhərində 108, Xaş şəhərində 16 sünni məzhəbli etnik bəluçun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini pisləyib.

Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, son hadisələrin əsas səbəbkarlarını təqib edib cəzalandıracaq, onlara qarşı sərt tədbirlər görəcəklər.

Hökumət nümayəndəsi Əli Bahaduri Cahromi, Televiziya və Radio Universitetinin tələbələri ilə görüşündə polis qüvvələrinin "bu hökumətdən" atəş açmaq icazəsinin olmadığını iddia edib və eyni zamanda hədələyib: “Əks halda, polis qüvvələrinin döyüş güllərinin atması su içmək kimi olardı!”. Onun bu sözləri sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR