ABŞ Azərbaycanı və Ermənistanı sülhü və firəvanlığı seçməyə çağırır

17 noyabr, 2022 12:27

Çərşənbə günü ABŞ Senatında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması sahəsində vəziyyətə dair dinləmələr keçirilib. Senat hesabat üçün Bayden Administrasiyasının iki yüksək vəzifəli məmurunu - Karen Donfrid və Filipp Rikeri dəvət edib. Onlar hər ikisi senatorların ABŞ-ın sülh səyləri, habelə Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə ABŞ-ın köməyi ilə bağlı tənqidini qəbul etməyiblər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Mən həqiqətən də hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur", deyə dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın beynəlxalq münasibətlər komitəsi qarşısında senatorların Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə (1992-ci il tarixli bu qanun Azərbaycana dövlət yardımı göstərilməsini qadağan edir, amma 2003-cü ildə Bakının İraqda hərbi əməliyyat keçirilməsinə dəstəyi nəzərə alınmaqla, onun məhdudiyyətləri dayandırılıb - red.) bağlı suallarına cavabda bildirib.

Komitə sədri Robert Menendes Bayden Administrasiyasını "Amerikanın hansısa maraqları ilə əlaqədar" Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı "başqa tərəfə baxmaqda" ittiham edib. Bu zaman o, Bakını "təcavüzkar" adlandırıb.

"Təcavüzkar varsa, biz onu göstərməliyik", deyən Menendes əlavə edib ki, bu münaqişədə məhz Azərbaycan təcavüzkar olub. "Bununla belə, biz başqa tərəfə baxdıq və 907-ci düzəlişə laqeyd yanaşdıq", deyə o bildirib.

Buna cavabda Donfrid deyib ki, Bayden Administrasiyası hamının ortaq məqsədinə, daha dəqiq isə, "Cənubi Qafqazda sabit sülhə" nail olmaq üzərində işləyir.

"... Biz Ermənistan və Azərbaycan arasında otuz ildən çox davam edən münaqişənin şahidi olduq. Və bu gün biz hər iki ölkədən regionda sabit sülh üçün tarixi imkan olduğuna inandıqlarını eşidirik", deyə Donfrid bildirib.

"Və biz imkan daxilində sülhə nail olmağa şərait yaratmağa çalışırıq", deyə o əlavə edib.

907-ci düzəlişə gəlincə, ondan imtina Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq səylərini pozmur və onlara mane olmur.

Onun sözlərinə görə, Azərbaycana kömək sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub, "bu, İran tərəfindən transmilli təhlükələrə qarşı mübarizədə ciddi nəticələr verib və Cənubi Qafqaza, Rusiyaya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub", deyə o qeyd edib.

Qafqazda danışıqlar üzrə baş müşavir, səfir Filipp Riker də Donfridin fikirlərini dəstəkləyib. O qeyd edib ki, hazırki danışıqların sürəti və dərinliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın çoxdan görmədiyi imkanların olduğunu göstərib.

Onun sözlərinə görə, hər iki ölkənin hakimiyyəti insan hüquqları və beynəlxalq hüququn pozulması haqqında məlumatların araşdırılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çox şey etməlidir.

"Baş nazir Paşinyanın aydın şəkildə ifadə etdiyi kimi, söhbət ərazidən deyil, təhlükəsizlikdən və hüquqlardan gedir, prezident Əliyev də "bunu etiraf edib"", deyə Riker bildirib.

ABŞ və Aİ danışıqları təşviq edərkən və onlara yardım edərkən Bakı və Yerevan onların məzmununu müəyyən edir. Rikerin sözlərinə görə, iki ölkə arasında xarici oyunçuların deyil, onların öz maraqları əsasında birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən yaxşı şansa malikdir.

Menendesin ABŞ-ın humanitar sahədə hansı konkret proqramları həyata keçirdiyi və hansı yardımı göstərdiyi haqqında sualına cavabda Riker deyib ki, Dağlıq Qarabağa çıxış "həddindən artıq məhdudlaşdırılıb". "Mənim son iki ay ərzində regiona səfərim zamanı orada olmaq imkanım olmayıb. Hazırda ABŞ hökuməti tələbatların qiymətləndirilməsini və ya proqramların monitorinqini həyata keçirə bilmir, amma ABŞ-da humanitar layihələrin mərkəzləşmiş qayadada maliyyələşdirilməsi proqramları və başqa proqramlar var", deyə o əlavə edib.

Senator Ben Kardinin "Minsk Qrupunu bağlamağın vaxtı çatmayıb?" sualına cavabda Riker deyib ki, MQ prosesi işləmir, amma onun mandatı "aktual olaraq qalır".

"Mandatın məqsədi, əlbəttə ki, qalmaqdadır və ATƏT konsensus əsasında fəaliyyət göstərir. Mən Fransalı həmkarım, regiona dərindən cəlb olunmuş Aİ və digər maraqlı tərəflərlə sıx əlaqə saxlayıram", deyən Riker əlavə edib ki, "Rusiyalı həmkarım heç vaxt mənimlə əlaqə saxlamayıb".

Ötən həftə Vaşinqtonda keçirilən görüşdən sonra hər iki tərəf müzakirələrin yeni mərhələsi üçün "qayıtmaq" öhdəliyi götürüb. "Liderlərin yenidən görüşəcəyini gözləyirəm", deyə o bildirib.

Riker həmçinin Rusiya sülhməramlılarının roluna toxunub, deyib ki, "sentyabrdakı zorakılıq bu sülhməramlıların heç vaxt heç yerdə görünmədiyini göstərib. Düşünürəm ki, bu, hər iki tərəfi narahat edib".

Riker hər iki ölkənin liderini "istənilən razılaşmaların təmin edilməsi, monitorinqi və hesabatlılıq üzrə Dağlıq Qarabağın iştirakı ilə beynəlxalq mexanizm yaradılması məsələsini nəzərdən keçirməyə" çağırıb.

"Tərəflər tarixi kəsişmə nöqtəsindədirlər. Biz onları firəvanlığı seçməyə və region xalqlarına fayda verəcək sülh üzərində birgə işləmək müdrikliyi nümayiş etdirməyə çağırırıq. Bu məqsədə nail olmaq üçün bizim səylərimiz davam edəcək və biz istənilən yolla bunu edəcəyik", deyə Riker qeyd edib. 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"