İranda etirazçılar generalı öldürdü
17 noyabr, 2022 19:55
İranda kütləvi etirazlar davam edir.
Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.
General ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.