İran azərbaycanlıları casusluğa necə cəlb edir?

19 noyabr, 2022 11:05

İranın Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə aldadaraq casusluq fəaliyyətinə cəlb etməsi gözlənilən idi. Dəfələrlə bu barədə ekspertlər səviyyəsində fikirlər səsləndirilmiş, mətbuatda açıq mənbələrə istinadən xəbərlər dərc olunmuşdu. Bildirilirdi ki, İran din pərdəsi altında inanclı şəxsləri öz ətrafına toplayaraq, Azərbaycan əleyhinə təbliğat aparır.

Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş casus şəbəkəsinin ifşa olunması deyilənləri təsdiqlədi. Məlum oldu ki, Azərbaycana üzdə dost deyib, əslində ölkəmizə düşmən kəsilən İran rəhbərliyi işğalçı Ermənistanın maraqlarına xidmət etməklə təhlükəli oyunlara əl atır. 

İndi maraq doğuran əsas məqam İranın azərbaycanlıları casusluğa necə cəlb etməsidir? 

Bəzi məlumatlara görə, təhsil almaq, müalicə olunmaq üçün İrana gedən Azərbaycan vətəndaşlarının bəziləri müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Kiminin sənədləri oğurlanır, kiminin isə ölkədən çıxışına qəsdən problemlər yaradılır. Bu şəxslər problemlərinin həlli qarşılığında əməkdaşlığa təhrik edilirlər. Lakin bəzi insanlar özləri də bilmədən xüsusi xidmət orqanlarının toruna düşürlər. Eləcə də şantaj və təzyiq yolu ilə casusluğa vadar edilənlərin də olması istisna deyil. 

Məsələ ilə bağlı modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İran Azərbaycan vətəndaşlarını əsasən dini dəyərlərdən istifadə etməklə tələyə salır:

"İslam dininin ölkəmizdə düzgün təbliğ olunmaması insanlarda yanlış fikirlər yaradır. Məhz bu da İranın casus şəbəkəsinin Azərbaycana yol açmasına imkan verir. Əslində, İslamda şiə, sünni məsələsi yoxdur. Azərbaycanda da bu məsələyə fikir verilmir. Ancaq İran şiəlik siyasətini ixrac etməklə Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. Bu bədbəxt dövlətin ixrac edəcəyi başqa heç nə yoxdur".

Politoloqun fikrincə, İranın Azərbaycana qonşu olması, vətəndaşlarımızın müxtəlif məqsədlərlə bu ölkəyə səfərlər etməsi Tehranın işini asanlaşdırır:​​​​​​​

"Unutmayaq ki, İran ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır. İran həm onların bəzilərindən, həm də Azərbaycanda dini yaxşı bilməyən insanların olmasından yararlanır. Təəssüf ki, bir sıra Azərbaycan vətəndaşları iqtisadi səbəblərdən İranın çirkin siyasətinə boyun əyir. Onlar sosial vəziyyətlərini vətəni satmaqla düzəltməyə çalışırlar. Digər yandan Azərbaycanda tolerantlığın olması bizə müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, İran başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi iş aparır. Mübarizə çərçivəsində media da müəyyən işlər görür. Lakin vaxtında İranın şantajlarına qarşı düzgün iş aparılsaydı, vəziyyət belə olmazdı. Biz daha çox aqressiv mövqedən çıxış edirik. Ancaq məsələləri insanlara mülayim şəkildə izah etməliyik. Artıq xain olan olub. Onsuz da, belə insanların xəyanətə meyli varmış. Biz indi digər vətəndaşlara yönəlməli, onlara İslamı düzgün izah etməliyik. Eyni zamanda gənclərimizə vətən sevgisini aşılamalıyıq ki, onlar İranın və digərlərinin şantaj şəbəkəsinin toruna düşməsinlər".

C.Nuriyev vurğulayıb ki, İrana gedən insanlar əksər hallarda şantaja məruz qalırlar, bu da sonda həmin şəxslərin cinayət əməlinə əl atmasına gətirib çıxarır:

"İranın xüsusi xidmət orqanları əksər hallarda şantaj yolu ilə insanları öz mənfur niyyətlərinin icraçısına çevirir. Etiraf edək ki, Azərbaycanda kifayət qədər maliyyə ayrılmasına baxmayaraq, səhiyyə sahəsində vəziyyət yaxşı deyil. Xüsusilə də, özəl klinikalarda qiymətlər əl yandırır. Vətəndaşlar məcbur qalaraq İrana üz tuturlar. Orada qiymətlər bizdəkindən 3 dəfə aşağıdır. İranın qurumları savadsız və məlumatsız insanları yoldan çıxararaq, onları müxtəlif üsulla şantaj edir. Farslar əsasən gəncləri hədəf alırlar. Çünki yaşlı insanlar onlara sərf etmir. Həmçinin gənclərin beynini yumaq daha asandır. Eyni zamanda, dini təhsil üçün gənclərimiz İrana üz tuturlar. Onlar əsasən Qum şəhərində təhsil alırlar. Onların beyinlərini yuyub, Azərbaycana göndərirlər. Qeyd etdiyimiz məqamlar, eləcə də digər nüanslar İranın casus şəbəkəsinin formalaşmasına gətirib çıxarır. Bəli, İran təhlükəli ölkədir və bizə qarşı rəsmən düşmən mövqedən çıxış edir. Ona görə də, ayıq-sayıq olmalıyıq".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI