5500 mağaza tətil etdi, etirazlar genişlənir - Təbriz ayaqda

19 noyabr, 2022 14:02

İranda Məhsa Əminin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyaları davam edir. Son günlər isə neft sektorunda və ticarət sahəsində çalışan on minlərlə insan tətillərə başlayıb.

"BBC Azərbaycan"nın Təbrizdəki son vəziyyətlə bağlı hazırladığı materialı təqdim edirik:

İranda iki aydan çoxdur başlayan və ölkəboyu davam edən aramsız etiraz aksiyalarının ardınca paytaxt Tehranla yanaşı bir çox şəhərlərdə, o cümlədən, İranın ən iri bazarı hesab edilən Təbriz bazarında bəzi dükan və marketlər bağlanıb.

BBC-yə danışan İran azərbaycanlıları xüsusilə Təbriz bazarının bağlanmasını həssas məsələ sayırlar, onların fikrincə, burda çalışan ticarətçilərin tətil etməsi etirazlara öz ciddi təsirini göstərəcək.

İranda sentyabrın əvvəlində əxlaq polisi tərəfindən saxlanmış Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfatı ölkənin etirazlar dalğasına bürünməsinə səbəb olub.

İran hakimiyyəti bu etirazlara görə, "xarici qüvvələri" günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.

Son dörd gündə sosial mediada yayılan video görüntülərdə Tehran, Təbriz və İranın bəzi şəhərlərində sıralanmış mağazaların bağlı olduğu, alış-verişin getmədiyi görünür.

Təbirz bazarından çəkildiyi deyilən video görüntülərdə bazar boşdur, dükanlar açıq deyil. Yerli ticarətçilər bununla tətil etdiklərini və etiraz aksiyalarına dəstək verdiklərini deyirlər. İranın Azərbaycan vilayətinin bəzi şəhərlərində də yerli ticarətçilər öz mağazalarını açmayıblar.

Ticarətçi Nasir Xadayari (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib - red.) mağaza və dükan sahiblərinin 3 günlük tətil elan etdikərini eşidib və dərhal bunu dəstəkləyərək məşhur Təbriz bazarındakı mağazasını açmayıb.

O, BBC News Azərbaycancaya deyib ki, artıq yorulublar: "Dindirəndə deyirik ki, dünyanın ən böyük qapalı və tarixi bazarı Təbrizdədir, amma Əbülfəzə and olsun ki, ailəmin xərcini çıxarda bilmirəm".

Nasir Xadayari narazıdır ki, yüksək vəzifəli şəxslərin övladları Avropa və ABŞ-da "öz istədikləri kimi" yaşayır, onun kimi yoxsullar isə "ailə yanında xəcil olurlar".

Dünyanın ən böyük bazarlarından biri sayılan Təbriz bazarında azı 5 min 500 dükan yerləşir, BBC-yə danışan yerlilər deyiblər. Onların sözlərinə görə, bazarda karvansaralar, çoxlu "rastabazarlar" (bir neçə kiçik bazarın qovşağı) var.

 

Təbriz bazarında dükan sahibi olan orta yaşlı Mehdi Dustdar (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib - red.) ) deyir ki, iqtisadi vəziyyət getdikcə pisləşir, adi dərmanları belə tapmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, alış-veriş tamamilə zəifləyib: "Təbriz bazarında əsnaf milçək qovalayır. Əlində pulu olan gedib Türkiyədə, İstanbulda ev alır. Gələcəyə ümidimiz qalmayıb. Mən də dükanı satmağı düşünürəm. Hərçənd dədə-baba mirasımızdır, amma çarəmiz qalmayıb".

Mehdi Dustdar deyir, tətilə qısamüddətli çıxılıb, həftənin birinci günü bazar-market açılacaq. "Təkcə açıq və ya qapalı deyil, şəhərin hər yerində əsnaf çəkib dükanı bağlayıb. Ancaq görünür ki, vəziyyət yaxşıya doğru getmir və bazarın açıq olub-olmaması durumumuzu çox dəyişdirməyəcək".

Təbriz sakini, 40 yaşlı Mina Həsənzadə (təhlükəsizlik səbəblərindən ad və soyadı dəyişdirilib - red.) yerli ticarətçilərin tətilini dəstəkləyir, hətta bu tətilin nəqliyyat, təhsil sektoruna da sirayət etməsini istəyir: "İndi ölkədə cavanların hamısı iş axtarır, amma əvəzində bunlar da qana susayıb. Əllərinə düşən hər kəsi tuturlar. Bir çox adam öldürüblər. Səsimizi heç kimə çatdıra bilmirik".

Türkiyədə yaşayan İran azərbaycanlısı Kerim Askeri BBC-yə deyib ki, bir çox bazar-dükanın bağlanması həssas məsələdir və bu tətil ölkədə diqqəti cəlb edib: "İslam inqilabı zamanı da belə bir tətil olmuşdu və hətta inqilabı qurucusu Ayətullah Xomeyni bunun üçün əsnafa və bazardakılara təşəkkür eləmişdi".

Kerim Askeri ölkəboyu müşahidə edilən bu tətilin etirazların gedişində hansı dönüş yarada biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkir, deyir ki, hələlik 3 günlük tətil elan edilib.

Amma o, etirazların belə tezliklə səngiyə biləcəyinə inanmır, deyir ki, son günlərdə iki uşağın, onlarla gəncin öldürülməsi insanların qəzəbini daha da artırıb.

Uşaqların ailələrinə yaxın mənbələr bildiriblər ki, çərşənbə günü İranın cənub-qərbindəki İzeh şəhərində hökumət əleyhinə etirazlar zamanı onlar təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Dövlət mediası İzeh şəhərində "terror hücumu" zamanı motosikletli silahlıların 7 nəfərin öldürüldüyünü bildirib.

Lakin mənbələr BBC Farscaya bildiriblər ki, 9 yaşlı Kian Pirfalak və 14 yaşlı Sepehr Maghsoudi təhlükəsizlik qüvvələrinin açdığı atəşlə öldürülüb.

Kian Pirfalakın ailəsinə yaxın mənbə BBC Farscaya bildirib ki, doqquz yaşlı uşaq atası Mayşamla avtomobildə səyahət edərkən bir qrup təhlükəsizlik işçisi onlara atəş açıb.

Onların sözlərinə görə, Kian sinəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib, Mayşama isə kürəyindən üç zərbə alıb və xəstəxanada müalicə olunur.

Sepehr Maghsoodinin ailəsinə yaxın mənbə BBC Farscaya bildirib ki, 14 yaşlı gənc İzehdə keçirilən etiraz aksiyasında başından güllə ilə vurulub.

İRNA dövlət agentliyi bu hadisənin terror olduğunu və 5 təhlükəsizlik əməkdaşının da yaralandığını açıqlayıb.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, təhlükəsizlik qüvvələri İran rəsmilərinin "iğtişaşlar" kimi qələmə verdiyi hadisələri güc yolu ilə yatırarkən, 56-sı uşaq olmaqla azı 362 etirazçı öldürülüb, 16 min adam həbs edilib. Qurum, həmçinin 46 təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirib.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR