Blinkendən Qərbi Azərbaycan vilayətindəki etirazçılara dəstək
21 noyabr, 2022 09:12
ABŞ dövlət katibi Entoni Blinken İranın Qərbi Azərbaycan vilayətinin Məhabad (keçmiş adı Soyuqbulaq) şəhərində təhlükəsizlik güclərinin etirazçılara qarşı zorakılıq hallarının artması ilə bağlı paylaşım edib.
Blinken tviterdə yazıb:
“İran hakimiyyətinin, xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılıqları gücləndirdiyinə dair xəbərlərdən son dərəcə narahatam. Biz İran xalqının yanında olduğumuz üçün bu işdə əli olanlara məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəyik”.