Avropa İttifaqı Qarabağın minalardan təmizlənməsinə və bərpasına vəsait ayırır

01 dekabr, 2022 12:33

Avropa İttifaqı bu il 30 noyabrda – “Yerüstü minaların və  digər partlamamış döyüş sursatları qurbanları və onların Cənubi Qafqazdakı icmaları ilə həmrəylik günü”ndə başlayan “Yerüstü minalarsız Cənubi Qafqaz” 2022-ci il Regional kampaniyasını dəstəkləyib.

Avropa İttifaqı 2019 və 2021-ci illərdə də həmin kampaniyaya dəstək verib.

Bu barədə noyabrın 30-da Qafqaz Siyasi Araşdırmalar Mərkəzi, LinksEurope təşkilatı və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Bakıda keçirdiyi anım tədbirində məlumat verilib.

Görüşdə Azərbaycanın minalardan təmizlənməsi, mina və mərmi partlayışlarından zərərçəkənlərə yardımla məşğul olan ictimai və dövlət qurumları aktual məsələləri müzakirə ediblər.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin direktoru Fikrət Əliyev bildirib ki, agentlik maliyyə ilə təmin olunub, Azərbaycan hökuməti mina və mərmilərin axtarışında ərazini skan edən bahalı dronlardan istifadəyə görə pul ödəyir. Münaqişə zonasında ərazilərin minalanmasının sıxlığı yüksəkdir, ona görə də görüləcək çox iş var və digər mənbələrdən də maliyyələşməyə ehtiyac var.

O həmçinin qeyd edib ki, erməni tərəfi piyada əleyhinə minaların istifadəsi, ehtiyat hissələrinin yığılması, istehsalı və ötürülməsi, onların məhv edilməsilə (Ottava Konvensiyası) bağlı yolverilməz qaydalardan istifadə edib. Hətta ermənilər Laçını tərk edəndə də onlardan istifadə ediblər.

2020-ci ilin noyabrından indiyədək 250-yə qədər adam,  əsasən mülki şəxslər minaların qurbanı olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Avropa İttifaqı ANAMA-ya 6 milyon avrodan çox yardım edib. O hesab edir ki, işğaldan azad edilmiş rayonların öz evlərinə qayıdan sakinlərinə maddi dəstək göstərilməlidir. Bu işdə minalara qarşı maarifləndirmə, iş yerlərinin yaradılması, geri qayıdan köçkünlərin sağlamlığının qorunması ilə məşğul olan ictimai təşkilatlara mühüm yer verilməlidir.

"Avropa İttifaqı Qarabağda tikinti- bərpa işləri üçün Azərbaycana 2 milyard avro ayırıb", - Mixalko deyib.

O həmçinin region ölkələrinin minaların qadağan edilməsi haqqında müqaviləyə (Ottava Konvensiyası) əməl etməsinin vacibliyindən danışıb. Lakin problem ondan ibarətdir ki, region ölkələri bu konvensiyaya qoşulmayıb.

2022-ci ilin iyulunda Böyük Britaniyanın baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun başlanması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan Ottava Konvensiyasına qoşulmağa dəvət olunub.

Tədbirdə ermənilərin basdırdıqları minaların partlaması nəticəsində xəsarət alan mülki şəxslər iştirak ediblər. Onlar mina partlayışlarının nəticələrinin yaratdığı çətinliklərdən danışıblar, dünya birliyini minalardan istifadənin qarşısını almaq üçün səyləri artırmağa çağırıblar.

“Yerüstü minalarsız Cənubi Qafqaz” kampaniyası beynəlxalq tərəfdaşlarla birgə çalışan Ermənistan, Azərbaycan və Gürcüstandakı təşkilatların iştirakı ilə regional tədbirdir. Kampaniya LINKS Europe tərəfindən koordinasiya edilir əlaqələndirilir və Avropa İttifaqı tərəfindən dəstəklənir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR