Tanınmış iş adamının evinə basqın edən Anar Həsənli kimdir?

02 dekabr, 2022 12:19

“Ölkənin tanınmış iş adamlarından olan Müqayis Verdiyev bir qrup şəxsin hücumuna məruz qalıb. Belə ki, Anar Həsənli adlı şəxsin sifarişi ilə 30 nəfər adam iş adamının evinə hücum çərəkərək qanunsuz tələblər irəli sürüblər”.

Bu barədə Azsiyaset.com-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, M.Verdiyev uzun illərdir ki, Sumqayıt şəhərində icra hakimiyyətinin sifarişləri əsasında təmir-tikinti işləri aparır, bu günə qədər şəhərdə tikilən bir çox infrastrukturlar məhz onun rəhbərliyi altında və ən yüksək səviyyədə reallaşdırılıb. O, bu gün də Sumqayıtda bu istiqamət aparılan işlərini davam etdirir. Ancaq əldə olunan məlumatlardan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti iş adamının gördüyü işlərin maddi tərəfini ödəməkdən məqsədli şəkildə yayınır. O, icra hakimiyyətdən pulunu tələb edir, əvəzində isə fərqli situasiya ilə qarşılaşır, təzyiqlərə məruz qalır.

Saytımıza daxil olan məlumata görə, M.Verdiyevin evinə hücum çəkən adamların başında duran şəxs Anar Fəxrəddin oğlu Həsənli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur. A.Həsənli Z.Fərəcovun qohumu olduğunu hər yerdə xüsusi fəxrlə deyir. O, Z.Fərəcovun çətiri altında geniş biznes imkanlarına sahiblənib və özü üçün qoçu dəstələr saxlayır. Sumqayıtda yerləşən “Çıraq” şadlıq sarayı və Binəqədi rayonundakı “100 cars” avtosalonu da ona məxsusdur.

Əldə etdiyimiz başqa bir məlumata görə, A.Həsənlinin M.Verdiyevin evinə göndərdiyi şəxslər Qarabağ qaziləridir. Göründüyü kimi, O, Qarabağ qazilərindən şəxsi məqsədləri üçün istifadə edir. Qazilərin durumundan istifadə edərək onların əli ilə iş adamını təhdid etmək yoilverilməzdir və bu, qanunla məsuliyyət yaradır.

Bir məsələni da qeyd edək ki, M.Verdiyev xeyriyyəçi iş adamı kimi tanınır. O, indiyə qədər Qarabağ qazilərinə, şəhid ailələrinə dəstək göstərib, onların maddi-sosial problemlərinin həllində birbaşa iştirak edib. M.Verdiyev müharibə dövründə Prezident İlham Əliyevin çıxışlarından irəli gələn məsələlərin həllində bir vətəndaş kimi iştirak etməyi özü üçün borc bilib. Qarabağ qazilərini öyrədib iş adamının qanunsuz pul tələb etmək nə A.Həsənliyə, nə də Z.Fərəcova başucalığı gətirməyəcək. A.Həsənlidən öncə də Qarabağ qazilərindən alət kimi istifadə edən şəxslər qanun qarşısında cavab veriblər. İnanırıq ki, o da məsuliyyətdən qaça bilməyəcək.

Maraqlı və dəhşətli situasiyadır: M.Verdiyev gördüyü işlərin pulunu icra hakimiyyətindən qanuni şəkildə tələb edir, Z.Fərəcov isə A.Həsənliyə pul borcludur. A.Həsənli ilə M.Verdiyev arasında heç bir alış-veriş olmadığı halda, Z.Fərəcov A.Həsənliyə deyir ki, borclu olduğu pulu gedib M.Verdiyevdən alsın...

Z.Fərəcovun icra başçısı işlədiyi bu uzun müddət onun xeyli qaranlıq əməlləri ilə doludur. Bu barədə mətbuatda zaman-zaman materiallar da dərc edilib. Bu baxımdan, iş adamı M.Verdiyevi hansı təhülkələrin gözlədiyini təsəvvür etmək elə də çətin deyil.

Mövzunu diqqətdə saxlayacağıq...

Azsiyaset.com  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR