Rusiya və ABŞ razılaşmalara əməl etməyib - Çavuşoğlu
02 dekabr, 2022 19:30
Son iki il ərzində Suriyadan gələn terrorla əlaqəli 2000-dən çox hücum yaşamışıq və bu hücumlarda 500-dən çox adam həyatını itirib, mülki insanlar öldürülüb.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Rusiya və ABŞ-la aramızda razılaşma var idi ki, terrorçuları bizim sərhədimizdən 30 km o tərəfə aparacaqlar. Amma bu sözlərini tutmadılar. Terrorçular bu gün də bizə hücum etməyə davam edirlər”, - Çavuşoğlu bildirib.