İranda Azərbaycan türklərinə qarşı repressiyalar haqqında HESABAT

05 dekabr, 2022 16:59

2022-ci ilin sentyabr-oktyabr aylarında İranda hökumət əleyhinə kütləvi etirazlar zamanı ən az 13 azərbaycanlı öldürülüb, 1700 nəfər isə həbs edilib. Bu barədə ABŞ və Kanadada siyasi mühacirətdə olan İran hüquq müdafiəçiləri tərəfindən hazırlanmış İranda Azərbaycan türklərinin vəziyyəti haqqında Məruzədə deyilir.

Azərbaycan türkləri İranda, əsasən Zəncan, Qəzvin, Həmədan, Əlborz və Tehran vilayətləri ilə yanaşı Türkiyə və Azərbaycan Respublikasının əhatə etdiyi Ərdəbildə, Qərbi Azərbaycanda və Şərqi Azərbaycanda yaşayan ən böyük etnik qrupdur.

İran hökuməti heç vaxt ölkənin etnik və dil qrupları üzrə rəsmi demoqrafik statistikasını açıqlamayıb. Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bəyan etmişdi ki, iranlıların 40%-i türkcə danışır.

Azərbaycan türkləri də İran əhalisinin təxminən 40%-ni təşkil etdiklərini iddia edirlər.

1925-ci ildə İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldikdən sonra hökumət məcburi assimilyasiya siyasəti həyata keçir bvə azərbaycanlıların ölkə hakimiyyətində nüfuzu xeyli azalıb. İslam rejimi etnik ayrı-seçkilik siyasətini davam etdirib.

Bu il sentyabrın ortalarında İranda hakim rejimə qarşı növbəti etiraz dalğası başlayıb. Azərbaycanlılar etirazlarda fəal iştirak edirlər.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifiyə görə, etirazların  elə ilk iki həftəsində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətindir. Bununla belə, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyini müəyyən etmək mümkün olub.

Hakimiyyət "Sepah" və "Bəsic" təhlükəsizlik qüvvələrindən etirazların yatırılması üçün fəal şəkildə istifadə edir. Hesabatın tam mətnini. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR