"5 il vaxtını öldürüb gəlirlər" - Deputat səfirləri tənqid etdi

06 dekabr, 2022 12:13

“Ötən iclasda Fransa Milli Milli Assambelyasının qəbul etdiyi qərara hamılıqla münasibət bildirdik və orda 256 deputatın səsvermədə etdiyi yaramazlıqlara çox sərt reaksiya ortaya qoyduq. Lakin biz özümüzə aid olan yarıtmazlıq barədə danışmağı unutduq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun, necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orda diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox halda bu sahədəki bəzi insanlar qabiliyyətinə görə yox, qabiliyyətsizliyə görə irəli, daha yuxarı vəzifələrə çəkilir”, - deyə deputat diqqətə çatdırıb.

Fazil Mustafa qeyd edib ki, dövlət büdcəsindən 20 Yanvar qırğını, Xocalı soyqırımı ilə bağlı tədbirləri keçirməyə və Azərbaycanı tanıtmağa pul ayrılır: “Lakin Azərbaycanı bu formada tanıtmağa nə ehtiyac var? Elə Azərbaycanın Prezidenti öz çıxışı, davranışı, apardığı müzakirələrlə ölkəmizi ən yüksək səviyyədə tanıdır. Bunun ayrı-ayrı adamlar tərəfindən edilməsinə ehtiyac yoxdur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz həmin ölkələrdə olan səlahiyyətli şəxslər, ictimai fikrə təsir edə biləcək adamlarla əlaqə qurmağı bacarmalıdır. Bir çoxu isə bu qabiliyyətdən məhrumdur. Sadəcə, 5 il vaxtını öldürüb gəlirlər. Onların nə işlə məşğul olduğu soruşulmur?”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR