"Orada yaşayan ermənilər bütün imtiyazlardan istifadə edəcək" - Vahid Əhmədov

06 dekabr, 2022 16:43

“Burada qeyri-adi bir şey yoxdur. Sülh prinsiplərini cənab Prezident də qeyd etmişdi. Orada dəyişik nəsə yoxdur. Ona görə də tərəflər arasında bu məsələlərlə bağlı müəyyən qədər razılıqlar var. Çünki baş verən son hadisələr, Ceyhun Bayramovun Moskvada Sergey Lavrovla görüşü, orada olan danışıqlar, Lavrovun Qarabağın Azərbaycanın olması barəsindəki fikirləri, sülhməramlılar tərəfindən Laçında gömrük sisteminin qurulması onu göstərir ki, dövlət başçısının apardığı siyasət tamamilə mərhələli şəkildə həyata keçirilir və düzgün siyasətdir”.

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyanın “Azərbaycan Ermənistanın sülh müqaviləsi təklifinə cavab verib” açıqlamasına münasibət bildirib.

V. Əhmədova görə, bütün bunlar axırda sülh müqaviləsinin imzalanmasına gəlir:

“Beləliklə də, bununla Azərbaycanın ərazi bütövlüyü tanınacaq, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası öz həllini tapacaq və nəhayət, orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlağını qəbul edib, bütün imtiyazlardan istifadə edəcəklər”.

“O ki qaldı ilin sonuna sülh müqaviləsinin imzalanmasına, mən bunu gözləmirəm, amma bəlkə də bu, ola bilər. Bildiyiniz kimi, hazırda intensiv danışıqlar gedir, Avropa Birliyi, ABŞ bu danışıqlarda faktiki iştirak edirlər, eləcə də Ermənistana Azərbaycanın tələblərini qəbul etmələri üçün müəyyən təzyiqlər var. 

Onsuz da bu, Ermənistanın yeganə çıxış yoludur və onların başqa yolu yoxdur. Əgər bölgədə normal bir dövlət kimi yaşamaq istəyirlərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normal qurmalıdırlar. Ona görə də bütün bu atılan addımlar ondan irəli gəlir ki, sülh müqaviləsi imzalansın və bu məsələlər öz həllini tapsın” – Milli Məclisin deputatı əlavə edib.

Müsahibimiz sülh müqaviləsinin hansı formatda olacağından da söz açıb:

“Doğrudur, Moskva hazırda çalışır ki, məsələni müəyyən qədər müsbət şəkildə həll etsin. Amma mən ən çox Vaşinqtonun verdiyi təkliflərə daha çox ümid bəsləyirəm. Moskvaya o qədər də arxayın olmaq olmaz, eləcə də hələ bilmək olmaz ki, onların dalda hansı planları var. Lakin Moskva bu dəqiqə təkləndiyi üçün belə bir addımlar atır ki, Azərbaycan kimi strateji bir müttəfiqi itirməsin. Amma ABŞ-ın verdiyi təkliflər kifayət qədər normaldır və biz də faktiki olaraq bunu qəbul edirik. Bizim istədiyimiz cənab Prezidentin 5 prinsiplə bağlı irəli sürdüyü təkliflərin qəbul edilməsidir”.(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR