İranın keçmiş prezidenti etirazçılara dəstək verdi
08 dekabr, 2022 00:17
İranın sabiq prezidenti Məhəmməd Hatəmi ölkə hakimiyyətini tənqid edib.
Sabiq lider öz "Instagram" səhifəsində paylaşım edib.
İslahatçıların tərəfdarı olan keçmiş Hatəmi etirazçılara dəstək verib və bəyan edib ki, "Qadın, həyat, azadlıq!" şüarı ilə cəmiyyət daha yaxşı gələcəyə doğru hərəkətini göstərir.
Onun sözlərinə görə, mövcud vəziyyətin davam etməsi sosial çöküşün əsaslarını hər an daha da dərinləşdirir.
M.Hatəmi İranın İslam Respublikasının idarə üsulunu “yanlış və düzgün olmayan” adlandırıb, “xalqın pis vəziyyətini görməməyi və ya inkar etməyi” yanlış hesab etdiyini vurğulayıb.
Hatəmi 1997-2005-ci illərdə İran prezidenti olub.