Avropa İttifaqı təmsilçisi İrəvana gəldi
08 dekabr, 2022 12:06
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana getdiyini açıqlayıb.
Bu barədə o, “Twitter”də yazıb.
“Sabahınız xeyir! Bu gün biz Vyana-İrəvan birbaşa reysini sınaqdan keçiririk. Günortadan sonra səmərəli görüşlər gözləyirəm”, – deyə AB rəsmisi təyyarədə çəkdiyi şəkli dərc edərək yazıb.