Azərbaycan inflyasiya təzyiqi ilə üzləşir
09 dekabr, 2022 12:17
Qlobal inflyasiya öz təsirini göstərməkdədir. Azərbaycan da inflyasiya təzyiqi ilə üzləşir. İnflyasiya əsasən ərzağın 60 faiz bahalaşmasında özünü büruzə verir.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Baş nazir diqqətə çatdırıb ki, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin artımı da müşahidə olunur. Bu da Rusiya və Ukraynadan idxal edilən 277 adda dərman vasitəsində özünü göstərir.