Mərkəzi Bank və AQC rəhbərliyi arasında görüş olub - FOTOLAR

09 dekabr, 2022 15:58

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov, sədrin müavini Əliyar Məmmədyarov, sədr ofisinin rəhbəri Ülvin Əliyev, departament direktoru Ziya Hacılı, AQC sədrinin müavinləri Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov və sədrin müşaviri Azər Niftiyev iştirak ediblər.

Qonaqları salamlayan Mərkəzi Bankın sədri Taleh Kazımov qiymətləndirmə sahəsinin əhəmiyyətindən bəhs edib. Sədr qeyd edib ki, inkişaf edən Azərbaycan iqtisadiyyatı digər sahələrdə olduğu kimi, qiymətləndirmə sektorunda da islahatları qaçılmaz edir. Onun sözlərinə görə, rəhbəri olduğu qurum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır. “Qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir. Ölkəmizin maliyyə sabitliyinə zəmanət verir. Bu baxımdan obyektiv və şəffaf qiymətləndirmələrin aparılmasına, mövcud reallığı əks etdirən rəylərin hazırlanmasına xüsusi ehtiyac var. Biz bu istiqamətdə ölkə qiymətləndiriciləri dialoqa hazırıq. Mərkəzi Bank olaraq tərəfimizdən bu sahənini tərəqqisi üçün addımlar atmağa, əməkdaşlığa hazırıq” – söyləyən  T.Kazımov əlavə edib ki, bu cür təmaslar davamlı olmalıdır.

Öz növbəsində Mərkəzi Bankın rəhbərliyini salamlayan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Mərkəzi Bankın fəaliyyətini yaxından izlədiklərini və təqdir etdiklərini vurğulayıb: “Qiymətləndirmə subyektləri maliyyə təsisatları ilə yaxından işləyir. Özəl banklar və sığorta şirkətləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışırıq. Bu sahədə olan bəzi problemləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Banklar və sığorta şirkətlərinin qiymətləndirmələri müstəqil qiymətləndirmə şirkətlərinə həvalə etməsi, onların özlərinin bu prosesdə iştirakdan imtina etməsi, milli qiymətləndirmə standartlarının qəbul edilməsi, qiymətləndiricilərin məlumat bazasının yaradılması labüddür. Bununla bağlı təkliflərimizi sizə təqdim etdik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tarixində ilk dəfədir ki, Mərkəzi Bankın birinci şəxsi səviyyəsində görüş keçiririk. Əminəm ki, təmaslarımız davamlı olacaq və hər iki qurum arasında münasibətlərin inkşafında yeni mərhələnin əsasını qoyulacaq”.

Mərkəzi Bankın və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) rəsmilərinin çıxışlarından sonra tərəflər birgə İşçi Qrupunun yaradılması, qiymətləndirmə sahəsindəki vəziyyəti əks etdirən hesabatın hazırlanması, gələcək fəaliyyyət istiqamətlərinin müəyyən edilməsi barədə razılığa gəldilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR