Sülhməramlılar "sülhməramlı" missiyasından başqa hər şeyi edirlər - Şuşada etiraz aksiyası

12 dekabr, 2022 15:30

News365.az xəbər verir ki, sülhməramlılar Şuşada Laçın yolunu bağlayıblar və buna qarşı kəskin etiraz aksiyası başlayıb.

Əsgər ailələrinə dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı bildirib ki, bu gün bir qrup ictimai fəal və QHT rəhbərləri ilə Şuşaya gəldik. Bilirsiniz ki, günlərdir ekoloqlar yataqlarda monitorinq aparmaq istəyirlər. Ancaq bu monitorinqə icazə verilmir və biz bu gün biz 100-dən çox QHT rəhbərləri ilə buraya gəldik.Sülhməramlı deyilən şəxslər bizi bura buraxmadılar əksinə, qarşımıza silahla çıxaraq,yolu bağladılar. Artıq 3 saatdan çoxdur biz burdayıq.Lakin hələ də heçkim bizə yaxınlaşıb danışmayıb. Əksinə buraya xüsusi təyinatlılar gətirilib, iriçaplı silahlar,snayperlər var. Əliyalın ictimai fəalların, QHT rəhbərləri ilə yanaşı, bizə ictimaiyyət nümayəndələrindən də qoşulanlar var.Sülhməramlılar bizim üzərimizə gəlirlər.

Hələ vəziyyət qeyri-müəyyəndir,biz burada çadırlarımızı qurmuşuq. Gecə də olsa,bir həftə də olsa,bir ayda olsa biz buranı tərk etməyəcəyik. O zamana qədər ki, özümüzün əzəli torpaqlarımızda bu qeyri-qanuni ekoloji terrorun dayandırılacaq. Biz bu aksiyanı təbii sərvətlərimizin talan olunmasının qarşısının alınması üçün edirik.

Çox təssüf ki, burada hərbi polis adı ilə ermənilər də var.Biz dil bildiyimizdən onlarla təmasa girmək istəyəndə onlar üzlərini gizlədirlər. 2 saatlıq tələblərimizdən sonra bizim üzərimizə gələn ağır texnikalı silahları, nisbətən yüngülü ilə əvəz etdilər.

Ancaq çox təəssüf ki, hələ də mülki insanlara qarşı olan silahları əllərində sipər çəkərək dayanıblar. Onlar çalışırlar ki,bizi sıxışdırsınlar.

Biz öz torpağımızda rahat hərəkət edə bilmirik.Mən belə düşünürəm ki, bu hadisələri dünya mətbuatına çatdırmaq lazımdır. Çünki burada bizim mədənlərimiz istismar olunaraq daşınır. Və çox təəssüf edirəm ki, sülhməramlılar “sülhməramlı” missiyasından başqa hər şeyi edirlər və onlar əslində Azərbaycanlılara qarşıdırlar, biz bunu hərəkətlərindən və silahlarından görürük.

Biz sübut etdik ki, bizim əlimizdə heç bir silah yoxdur.Bəs niyə onlar bu silahlarla bizim qarşımıza çıxmalıdırlar?

Sülhməramlıdırlarsa, niyə onlar ancaq qarşı tərəfin tərəfini saxlayırlar?Ermənilər bizim Azərbaycan vətəndaşıdırlar?Onlar burda yaşayıb-yaradıblar və yaşayırlar da. Bir şərtlə ki, Azərbaycanın qanunları çərçivəsində hərəkət etməlidirlər. Ermənilər bizimlə üzbəüz durub bizə gülməklə məşğuldurlar.

44 günlük vətən müharibəsində Azərbaycan oğulları onlara özünün ”dəmir yumruğunu”göstərdi.

Görünür, onlara bu bəs etmədi.Bizim dəmir yumruğumuzun onlara yenə ehtiyacı var.Biz başqa şey istəmirik, bizim bugünkü tələbimiz ekoloji terrorun dayandırılması və orada Azərbaycan ekoloqlarına şəraitlərin yaradılması barədə işlərin aparılmasıdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR