Milli Qəhrəmanlarımızın adını əbədiləşdirən yeni park açıldı - VİDEO/FOTOLAR

16 dekabr, 2022 21:05

Bakının Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 110 ünvanında “Qəhrəmanlar güşəsi” adlı yeni parkın açılışı olub. Park “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyi tərəfindən ərsəyə gətirilib.

Açılış tədbirində Milli Qəhrəmanlar, şəhid anaları, dövlət qurumlarının nümayəndələri, müharibə veteranları və ictimaiyyət mənsubları iştirak edib.

İctimai Birliyin sədri Elşən Uluxanlı Azinforum.az-a açıqlamasında bildirib ki, parkı şəxsi vəsaitləri hesabına tikiblər:

“Məqsədimiz sağ və dünyasını dəyişən Milli Qəhrəmanlarımızı , eləcə də 44 günlük müharibədən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən qeyrətli vətən oğullarının adlarını əbədiləşdirmək olub. Bu ali ada layiq görülən hər bir şəxsin fotosunu və haqqında məlumatı təqdim etmişik. Parkın yeri baxımsız vəziyyətdəydi. Bizim mərkəzi ofisimiz bu küçədə yerləşir. Ofisin qabağının baxımsız vəziyyətdə olduğunu gördük və burada belə bir güşə salmaq qərarına gəldik. Şükürlər olsun ki, arzumuz reallaşdı”.

Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Elşən Uluxanlı açaraq, bütün Milli Qəhrəmanların ailələrini bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Sonra çıxış edənlər belə xeyirxah əmələ görə İctimai Birliyə dərin təşəkkürlərini ifadə etdilər.

Parkın açılış lenti sağ Milli Qəhrəmanlar tərəfindən kəsildi. Tədbirin sonunda şəhid və Milli Qəhrəman anaları havaya sülhün rəmzi olan ağ göyərçinlər buraxdılar.

​​​​​​​​​​​​​​

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR