İrandan Laçın dəhlizinin bağlanmasına reaksiya...
21 dekabr, 2022 11:38
İran Laçın dəhlizi ilə bağlı məsələnin Azərbaycan və Ermənistan arasında dialoq yolu ilə tezliklə həllinə ümid edir.
Ermənistan KİV-ləri xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani Çafi bildirib.
Onun sözlərinə görə, Tehran tərəflər arasında bütün fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vəziyyəti gərginləşdirməməyə çağırıb.