"Mətbuatda məni gündəm etməyin, çünki..." - Zakir Fərəcov bizə belə dedi

26 dekabr, 2022 11:31

Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovun "idarəetməsi" haqqında silsilə yazılar dərc olunur.

Təbii ki, bu yazılardan sonra redaksiya və mənim telefonuma yeni şikayət dolu informasiyalar bununla yanaşı, cənab başçının "adamlarının"xahişiləridə istisna deyil. "Xahiş" qəbul olunmayanda, bilinməyən nömrələrdən hərbəzorbalar da əskik olmur.

Bunlara başa salamaq olmur ki, bu xalqı və milləti heç vaxt aldatmaq olmur. Amma zaman-zaman bu xalqı və milləti aldadanlar olub və onların da axırı heç də yaxşı qurtarmayıb. Bəzi nazirlər, icra başçıları və digər vəzifəli şəxslər prezidentin onlara göstərdiyi etimadı doğrultmayıblar. Onlar həm cənab prezidentə, həm də bu millətə və xalqa xəyanət ediblər. Hansısa vəzifəli məmur isə bu işdən əl çəkmirsə, yolunu çaşıbsa, onlar düz yola qayıtmalıdılar.

Çünki cənab prezident İlham Əliyev də dəfələrlə çıxaşlarında bəyan edib ki, kimliyindən və hansı xidmətləri olmasından asılı olmayaraq, xalqa xidmət etmirsə, xalqın malına göz dikirsə, onlar gec-tez məsuliyyətə cəlb olunacaqlar. Cənab prezident bu mesajı dəfələrlə vəzifəli şəxslərə çatdırıb. Ondan nəticə çıxaranlar da var, çıxarmayanlar da. Amma görünən odur ki, dövlətin və millətin qanını soran məmurlar hələ də var və onlar çirkin əməlləri ilə məşğuldur.

Fərəcovun mafiyası Sumqayıtı çalxalayır - icra başçısı dövlətin milyonlarını mənimsəyir, ölkə mediasının gündəmini zəbt edən Zakir Fərəcovun cəzasız qalması, durumu daha da ağırlaşdırmaqdadır..

Bizə daxil olan mənbə qeyd edir ki,vəziyyətinin ağır olduğunu hiss edən ,Fərəcov bildirib ki,"Birinci xanım nəsə mənimlə düz gəlmir , yerimə öz kadrlarını gətirmək istəyir.Odur ki,mətbuata və ictimayyətə şikayət edib ,məni gündəm edib dahada vəziyyəti ağır etməyin"

Həqiqətən belədirsə, ölkəmiz və insanlar üçün çalışan ,dünyada mərhəmətimizi tərənnüm edən birinci xanımın adından danışan bir icra başçısına daha sözüm yoxdur.

Bundan əlavə, borclu olduğu sahibkarlara şərt qoyub ki,"sizin pullarınız bir şərtlə verilə bilər 30%mənə qalmaqla pulunuz geri veriləcək amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız".Burda deyiblər :"həm suçlu,həmdə güclü!" Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar.Amma haqqını tələb edənlər,öz haqqlarını hələdə tələb edir.

Azərbaycanda icra başçılarının bir çoxu özlərini kiçik padşahlar kimi aparırsa, Fərəcov özünü “kiçik Allah” kimi aparır. Sumqayıtda icra başçısı "yeriyən qanundur".

Sumqayıtda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlıdır. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm şəhərin həm məhkəməsiyəm, həm də sahibiyəm. , İcra başçısı Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hökumət əhalini narazı salan korrupsioner məmurlarla vidalaşır.

Yəqin ki,Fərəcovlada vidaşlamağı tezləşdirər.Amma hələki,Hakimiyyət rəsmiləri hələ ki, bu iddialara cavab verməyiblər.

Dövlət başçımız cənab İlham Əliyevin sayəsində ölkəmiz günü-gündən güclənir, abadlaşır, sürətlə inkişaf eləyir. Bir sözlə desək- tək Qafqazın deyil, bütün dünyanın ən inkişaf eləmiş dövlətlərindən birinə çevrilir. Amma əfsuslar olsun ki ,Zakir Fərəcov kimi İcra Hakimiyyət başçisı cənab Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Bir sözlə bir yandan xalqı,bir yandan ölkə rəhbərini aldadır.

Xalqın gözü tərəzidir. Nədən yayınmaq osla da, o gözdən heç vaxt yayınmaq olmaz. Yəni el-oba bilir ki, Fərəcov millətə və xalqa necə xidmət edirlər. Əgər Fərəcov bu bəd əməllərini davam etdirəcəksə, günlərin bir günü onun müttəhimlər kürsüsündə əyləşməsi heç də uzaqda deyil.

P.S. Son sözüm bəzi həmkarlarımadır.Talıbov və Mehdiyev vəzifədə olanda şəninə tərif yağdıran, "jurnalistlər"indi sağdan soldan döşəyirlər.Vaxtında vəzifədə olanı hökumətə göstərmək lazımdır.Vallah mənim başıma bu mövqeyimə görə başıma gəlməyən olmayıb,amma heç vaxt gedənin dalınca heçnə yazmamışam.Mənim kimsə ilə qərəzim yoxdur.Mənim üçün dövlət və dövlətçilik var.

Biz ölkə rəhbərinə bu işdə kömək olmalıyıq,çünki ,Azərbaycanda idarəetmənin ciddi və əsaslı təkmilləşdirilməsinə ehtiyac var...

Şəfəq Ağacan

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR