Hafiz Məmmədova cinayət işi açılır - Fond iş adamından 2 milyon 285 min manat tələb edir

20 oktyabr, 2020 14:08

Əmanətlərin Sığortalanması Fondu “Hafka” ləqəbli işadamı Hafiz Məmmədovdan 2 milyon 285 min manat pul tələb edir. İş adamı isə bu pulu ödəməkdən imtina edir.

Azsiyasət.com xəbər verir ki, bu barədə "azadliq.org" məlumat verib. Məlumata görə Fond iddia edir ki, vaxtilə “Bank of Azerbaijan”dan Hafiz Məmmədovun şirkəti olan “Crystal Clean” MMC-yə illik 12 faiz olmaqla, 2 il yarım müddətinə 1 milyon 320 min manat kredit verilib. Həmin puldan 1 manat da ödənilməyib. İndi tələb olunan məbləğin bir hissəsi əsas borc, qalanı da faiz və cərimədir.

“Bank of Azerbaijan” özü də Məmmədovlar ailəsinə məxsus olub. Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarıyla lisenziyası ləğv olunan bu bankın səhmdarları Hafiz Məmmədovun övladları Kənan və Sənan Məmmədovlar, həmçinin qardaşı Mübariz Məmmədov idi.

Bankın fəaliyyəti dayandırılandan sonra ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu tanındı, əmanətlərin ödənilməsi, kreditlərin toplanmasıyla bu qurum məşğul olmağa başladı.

Fondun nümayəndəsi deyir ki, vəsaitin ödənilməsi üçün dəfələrlə qarşı tərəfə xəbərdarlıq edilsə də, nəticə verməyib. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıblar.

Amma məhkəmə iddianı təmin etməyib. Oktyabrın 8-də çıxarılan qərarda yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Fond isə bununla razılaşmır, iddia edir ki, bankın elektron sistemində bu borc barədə informasiya var: “Kredit müqaviləsi və digər sənədlərin təqdim olunmamasının səbəbi isə budur ki, bank ləğv prosesindədir, ofislərin yeri dəyişib. O sənədlər hazırda əlimizdə yoxdur. Məhkəmə də bizə həmin sübutları əldə etmək üçün kifayət qədər vaxt verməliydi. Mərkəzi Bankın Reyestr Xidmətinə sorğu göndərməklə də o məlumatları əldə etmək olardı”.

Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun iddiasını təmin etməsə də, bankın fəaliyyətində cinayət tərkibi olduğu nəticəsinə gəlib. Ona görə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bank of Azerbaijan”ın vəzifəli şəxsləri haqqında CM-in 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı və 314-cü (səhlənkarlıq) maddələrilə araşdırma aparılması üçün xüsusi qərardad çıxarıb.

Bu qərar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

“Bank of Azerbaijan”ın lisenziyasının ləğvindən sonra Əmanətlərin Sığortalanması Fondu üzə çıxarmışdı ki, vaxtilə bu bankda Hafiz Məmmədovun 14 yaşlı oğlu Məcid Məmmədovun adına 70 min avro kredit ayrılıb və qaytarılmayıb. Fond bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb, pulun ödənilməsini tələb etsə də, iddia təmin olunmadı. Çünki bankın yetkinlik yaşına çatmayan şəxslə müqavilə bağlayıb, ona yüksək məbləğdə kredit ayırması qanunaziddir.

14 yaşlı uşaqla müqavilə bağlanan vaxt onun valideynlərinin, yaxud başqa qanuni nümayəndəsinin razılığı olduğunu təsdiqləyən heç bir sənəd-sübut yoxdur. Ona görə də uşaqla bağlanmış müqavilələr etibarsız sayılır.

Bir müddət əvvəl isə Mərkəzi Bankın iddiası əsasında məhkəmə 55 milyonluq başqa bir bank borcuna görə Məmmədovlar ailəsinin xeyli əmlakının hərraca çıxarılıb satılması barədə qərar çıxarmışdı.

Həmin əmlaklar arasında paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi də vardı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR