Naxçıvanın rəsmi qəzetində ilk tənqid - Dövran dəyişdi

29 dekabr, 2022 12:09

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə hazırda ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından bunun artırılaraq 40 qəpik olub.

Bu barədə Naxçıvan MR-nın Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetindəki məqalədə bildirilib.

Vasif Talıbovun hakimiyyəti dövründə nəinki rəsmi, MR-nı təmsil edən digər media qurumlarında ən kiçik tənqidə belə rast gəlmək mümkün deyildi. Amma Talıbovlardan sonra Naxçıvanın rəsmi  mediası da neqativlərdən yazmağa başlayıb.

Qəzetin məqaləsində bildirilir: “Həm ictimai nəqliyyatdan istifadə edən on minlərlə sakindən biri, həm də uzun müddət məlum səbəblərdən obyektiv tənqidə və müstəqil fikrə susqun buraxılmış bir qəzet əməkdaşı kimi insanların da tez-tez müzakirə etdiyi bu məsələ ilə maraqlanıb, yollandıq Naxçıvan şəhər nəqliyyatına məsul olan təşkilata. 

İnsafən həmin qurumda bizi yüksək səmimiyyətlə qarşılasalar da burada gediş haqlarının nədən ölkə səviyyəsindən 25-30 faiz baha olması ilə bağlı sorğumuza dərhal cavab verə bilməyib bir az gözlətdirdilər. Halbuki Naxçıvan şəhərində işləyən marşrut avtobuslarının ön pəncərəsində sərnişinlərə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının pullu olduğunu xatırladan bildiriş rəsmi qərarın nömrəsinədək  burada da bizə təqdim olundu.     

Mən də sizləri çox gözlətdirmədən onu qeyd edim ki, təxminən, yarım saatdan sonra idarə əməkdaşı məni təkrar otağına dəvət edib, direktorun yanına qalxmağı təklif etdi. Təbii ki, bununla razılaşmayaraq, sadəcə, Naxçıvanda gediş haqlarının artırılması barədə rəsmi bir sənəd üçün gəldiyimizi israrla bildirdik. 

Sonda aldığımız şifahi cavabı olduğu kimi təqdim edirik: “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi üçün onlara yuxarıdan verilən belə bir göstərişlə, guya, 2022-ci ilin oktyabrın 1-dən (halbuki bütün naxçıvanlılar qiymət artımının bundan azı 3-4 ay öncə olduğunu təsdiq edə bilərlər) gediş haqlarını artırıb”. 

Günün  sonuna qədər bu qərarı da kağız üzərində görə bilmədiyimiz üçün bizdə də belə bir fikir yarandı ki, onda yəqin kreditlər ödəniləndən sonra bu yeni avtobuslar ya bir müddət camaat üçün pulsuz işləməli, ya da kreditləri ödəmiş sadə naxçıvanlılara hədiyyə olunmalıdır. Məncə, qanuni əsası  olmayan bu qərarın belə bir məntiqi sonluğu da olmalıdır. Son söz  isə dövlətimizindir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR