Əli İnsanovun dövlətdən oğurladığı, daha sonra müsadirə olunan 40 kilo qızılı geri qaytarılır?

05 yanvar, 2023 12:00

Haqq və Ədalət Partiyasının (HƏP) sədri, keçmiş Səhiyyə naziri Əli İnsanovun mövqeyini dəyişərək qəfildən konstruktiv müxalifətə keçməsi müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb oldu. 

Analitiklər bu siyasətin davamlı olacağını, HƏP-in tədricən radikal müxalif düşərgədən uzaqlaşacağını iddia etdilər. 

Yenisabah.az xatırladır ki, qocaman siyasətçinin sonrakı davranışları bu ehtimalları doğrultdu. Ə. İnsanovun ötən il noyabr ayının 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Heydər Əliyev adına sarayda  keçirilən 30 illik yubileyinə qatılması və tədbirlə bağlı jurnalistlərə isti mesajlar verməsi bunu təsdiqlədi. HƏP sədrinin ötən il dekabrın 12-də mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabanda keçirilən anım mərasiminə qatılmasından sonra onun hakimiyyət düşərgəsinə meyillənməsinə zərrə qədər də şübhə qalmadı. 

14 illik ağır məhbəs həyatından sonra aktiv siyasətə atılan və radikal davranışları ilə seçilən keçmiş nazirin mövqeyindəki dəyişiklik nə ilə bağlıdır? 

“Yeni Sabah” Əli İnsanovun mövqeyindəki kəskin dəyişikliyin səbəbini öyrənə bilib. Siyasətçinin partiyadaşlarından biri saytımıza bildirib ki, hakimiyyət Ə. İnsanova vaz keçə bilməyəcəyi böyük vəd verib. Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib. 

Mənbə deyib ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında onun evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir. 

76 yaşlı siyasətçinin əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi gözlənilir. 

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR