"Ermənilər Qazaxın kəndlərini qaytarmağa şifahi razılıq vermişdi" - Rasim Musabəyov

06 yanvar, 2023 10:51

“Əslində müharibə regionda marağı olan heç bir tərəfə sərfəli deyil. Ancaq sülh istiqamətində irəliləyiş olmadığı halda təbii ki, risklər müharibəyə gətirib çıxara bilər. Məsələn, Qazax istiqamətində olan kəndlərimizin azad edilməsini Ermənistan 2020-ci ilin payızında şifahi boyun olmuşdu, ancaq indi ondan imtina edir. Üçtərəfli razılaşmaya əsasən öz ordusunun qalıqlarının bizim torpaqlarımızdan çıxarılması öhdəliyi götürmüşdü, lakin hazırda hər vəclə bundan qaçır. Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret öhdəlik var, amma bundan yayınır. Belə olan təqdirdə bu davranışlar birmənalı qiymətləndirilə bilməz, Azərbaycan məcbur olub qarşı tərəfi ağıllandırmaq üçün digər üsullara əl ata bilər. Ancaq böhranı yaradan Ermənistandır, onun öhdəliklərdən boyun qaçırmasıdır”.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Regionda yeni müharibənin başlamasına və beynəlxalq oyunçuların bunda nə dərəcədə maraqlı olmasına gəldikdə millət vəkili deyib ki, Rusiyaya indi müharibə sərf etmir: “Rusların hazırda prosesə müdaxilə etmək imkanı yoxdur.

Avropa İttifaqının da hərbi qarşıdurma və müharibənin olmasında marağı yoxdur. Orada bir qədər canfəşanlıq edən Fransadır. Fransa nə edəcək? Onun nəyə ələ çata bilər? Əgər gücü varsa, buyurub Ukraynaya köməklik etsin. Yaxud hazırda Gürcüstanın prezidenti, kölgə rəhbəri İvanaşvilinin cibində Fransa pasportu var. İmkanı varsa, Gürcüstana köməklik etsin. Gəlib burada nə qələt edəcək? Fransanın əli bura çatası deyil.

Amerikaya gəldikdə aydındır ki, boş şeydir. Hansı maraq ABŞ-ı bura hərbi cəhətdən müdaxilə etməyə vadar edə bilər? Deməli, müharibə ABŞ-a da sərf etmir. Burada aranın qarışmasına az-çox meyl edən İrandır. Ancaq Tehranda anlayır ki, əvvəla, bu, onun başında çatlaya bilər. İsrail, ABŞ, Səudiyyə Ərəbistanı da İranın səhv addım atmasını gözləyir ki, təpəsindən vursun. Şükürlər olsun ki, Türkiyə və Pakistan İranı iki tərəfdən əhatə edir. Düşünmürəm ki, İran özündə cəsarət taparaq bölgəni qarışdırmaq üçün real addımlar atsın".

Onun fikrincə, belə olan halda Ermənistan meydanda təkdir: "Nikol Paşinyan da, katalikos da açıq dedi ki, biz Azərbaycanla üz-üzə qalmışıq və təkik. Amma nəzərə alsaq ki, Azərbaycanın hərbi üstünlüyü Ermənistanla müqayisədə dəfələrlə çoxdur, deməli, onlar ağıllarını başlarına yığmalıdırlar. Əks halda dəmir yumruğun dadını yenidən görməli olacaqlar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR