Mehriban Əliyeva xalqı təbrik etdi
20 oktyabr, 2020 17:24
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azsiyasət.com xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqramda paylaşım edib.
Paylaşımda deyilir:
“Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”