Əhalinin banklardakı pullarından vergi tutulacaq?

14 yanvar, 2023 10:40

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilə bilər. Belə ki, Vergi Məcəlləsinə görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azaddır. 

Əmanətlərin faizlərinin vergidən azad olunması milli valyutanın 2015-ci ilin fevral və dekabr aylarındakı devalvasiyası fonunda maliyyə sabitliyinə nail olunması məqsədilə atılan addımlardan biri idi. Belə ki, həmin vaxt manatın ucuzlaşmasından sonra əhali banklardakı milli valyutada olan əmanətlərini çıxarmağa başlamışdı. Banklardan çıxarılan vəsaitlər xarici valyuta alınmasına yönəldirilirdi. Əgər 2015-ci ilin dekabr ayında fiziki şəxslərin banklarda 9 milyard 473,9 milyon manat məbləğində əmanətləri var idisə, bir ay sonra -  2016-ci ilin yanvarda bu məbləğ 830,6 milyon manat və ya 8,8 faiz azalaraq 8 milyard 643,3 milyon manata enmişdi. Bu baxımdan prosesin qarşısının alınması istiqamətində atılan kompleks tədbirlərdən biri də əmanətlərin faizlərinin vergidən azad edilməsi oldu. Bununla da əvvəlcə 3 il müddəti əhatə edən azadolmaya daha sonra da 4 il də əlavə edilərək 7 ilə çatdırıldı. 

Lakin ilk dəfə deyildi ki, əmanətlərin faizləri vergidən azad edilirdi. Belə ki, əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə cəlb edilməsinə 2015-ci ilin yanvar ayının 1-dən başlamışdı. Bu baxımdan 2014-cü ilin dekbarın 31-dək də fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi.   

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili saytımıza bildirib ki, sözügedən müddətin uzadılıb-uzadılmayacağı parlamentin üzvləri tətildən qayıdandan (yanvarın 15-dən) sonra məlum olacaq. Hələ ki, bu barədə heç bir məlumat yoxdur. 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Qafqazinfo”ya açıqlamasına görə isə Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb. Lakin deputat hesab edir ki, az məbləğdə depoziti olan vətəndaşların gəlirinə təsir göstərməməsi üçün belə əmanətlər üzrə differensial olmaqla güzəşt müddətinin uzadılması məqsədəuyğundur: “Bu müddətin bitməsinin xüsusən az məbləğdə depoziti olan vətəndaşlarımızın gəlirinə təsir göstərməməsi üçün aşağı məbləğli əmanətlər üzrə differensial olaraq güzəşt müddətinin uzadılması məqsədəuyğun olardı. Çünki kiçik əmanətlər üzrə gəlir vergisinin tətbiqi həmin vətəndaşlarımızın depozit qazanclarını azaldacaq”.

Əmanətlər üzrə illik faiz gəlirlərinin vergidən azadolma müddəti artırılmasa, 10 faizlə vergiyə cəlb ediləcək. Vergi Məcəlləsinə görə, bu halda fiziki şəxsin faiz gəlirlərindən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur. Məsələn, banka illik 8 faizlə 10 min manat məbləğində əmanətiniz varsa, illik əldə edəcəyiniz 800 manatın 10 faizi məbləğində - 80 manat vergi tutulacaq.   

Lakin burada güzəşt də nəzərdə tutula bilər. Söhbət ondan gedir ki, vergidən azadolmaya qədər - 2016-ci iin fevralın 1-dək olan müddətdə fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azad edilirdi. Belə olan halda 800 manatlıq faiz gəlirinin 500 manatı çıxılmaqla yalnız 300 manatı vergiyə cəlb edilə bilər. Faiz gəlirindən verginin 10 faiz dərəcəsi ilə vergiyə cəlb edildiyini nəzərə alanda bu, illik 30 manat vergi deməkdir. Başqa sözlə, hesablanmış 800 manatın 770 manatı əmanətçiyə verilir, 30 manat isə vergi tutularaq büdcəyə köçürülür. Bu halda daha kiçik məbləğlərdə və ya aşağı faizlə yerləşdirilmiş əmanətlər üzrə faiz gəlirlərindən tutulacaq vergi məbləğləri daha az ola və ya ümumiyyətlə, olmaya bilər.

Ancaq istənilən halda əmanət faizlərindən vergi tutulmasının bankların əmanət portfelində ciddi kiçilmə yaradacağı real görünmür. Ötən il ikirəqəmli inflyasiya şəraitində real gəlirliyinin mənfi olmasına baxmayaraq yanvar-noyabr ayları ərzində fiziki şəxslərin əmanətlərində 20,3 faiz artım qeydə alınıb. Məsələ burasındadır ki, əmanətlərin sığortalanması mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdud olması şəraitində bank əmanəti hazırda ən əlverişli passiv yatırım üsuludur. Bu baxımdan faizlərinin vergiyə cəlb edilməsinin fiziki şəxslər üçün əmanətlərin cəlbediciliyini azaldacağı inandırıcı deyil.      

Mərkəzi Bankın məlumatına görə, ötən ilin dekabr ayının əvvəlinə əhalinin banklarda 11 milyard 339,9 milyon manat məbləğində əmanəti olub. Bunun 5 milyard 281,9 milyon manatı və ya 46,6 faizi tələbli, yəni banklardan hər an çıxarılması mümkün olan əmanətlərdir.  

Əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergidən azad ediləndə 2016-cı ilin fevral ayının 1-nə fiziki şəxslərin banklarda  8 milyard 643,3 milyon manat məbləğində əmanətləri var idi(qafqazinfo.az).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI